Azərbaycanın avrokuboklarda təmsilçisi qalmayıb.
Fanat.Az xəbər verir ki, bununla həm də ölkəmizin reytinq sıralamasındakı mövqeyi müəyyənləşib.
“Qarabağ”ın da mübarizəni dayandırması ilə reytinqdə irəliləməyəcəyimiz dəqiqləşib - Azərbaycan 2023/2024 mövsümünü 27-ci pillədə başa vurub. Çünki sıralamada aşağı pillələrdə qərarlaşan ölkələrin heç birinin təmsilçisi mübarizəni davam etdirmir.
Beləliklə, cari mövsümdə toplanılan ümumi əmsal 5.875 olub. Azərbaycanın son 5 mövsüm üçün əmsalı isə 20.125-ə bərabərdir.
Ancaq növbəti mövsümə 1-2 pillə irəlidə başlamağımız mümkündür. Ən azından Macarıstan və Rumıniya ilə əmsallarımız bərabərləşəcək.
UEFA reytinqinə 103.178 əmsalla İngiltərə başçılıq edir. İspaniya (87.864) ikinci, İtaliya (86.998) üçüncü pillədə qərarlaşıb.