Futbol üzrə Azərbaycan Kubokunda 2023/2024 mövsümünün final oyununun hansı stadionda keçiriləcəyi bəlli olub.
Fanat.Az xəbər verir ki, məlumatı Peşəkar Futbol Liqasının mətbuat xidməti yayıb.
Qarşılaşmanın “Liv Bona Dea Arena”da baş tutacağı bildirilib. İyunun 2-də təşkil olunacaq matçın başlama saatı indilik bəlli deyil.