Türkiyənin 1-ci liqasında 27-ci turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Vüsal İskəndərlinin formasını geyindiyi "Boluspor" da növbəti matçına çıxıb.
"Bodrumspor"un qonağı olan Bolu təmsilçisi 1:1 hesablı bərabərliyə razılaşıb. İskəndərli meydana 70-ci dəqiqədə buraxılıb.
27 tura 43 xal toplayan "Boluspor" 1-ci liqanın turnir cədvəlində 7-ci pillədə mövqe qərarlaşıb.
Nihat