Türkiyənin 1-ci liqasında 27-ci turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, azərbaycanlı müdafiəçi Bəxtiyar Həsənalızadənin formasını geyindiyi "Tuzlaspor" da növbəti matçına çıxıb.
"Erzurumspor"un qonağı olan Tuzla təmsilçisi 1:0 hesablı qələbə qazanıb. Start "11-lik"də yer alan Bəxtiyar sonadək mübarizə aparıb. Həmyerlimiz görüşün 52-ci dəqiqəsində sarı vərəqə də alıb.
Qeyd edək ki, 27 tura 27 xal toplayan "Tuzlaspor" 1-ci liqanın turnir cədvəlində 14-cü pillədə qərarlaşıb.
Nihat