İkinci Liqanın 19-cu turu çərçivəsində "Baku Sportinq" evdə "Füzuli" ilə qarşılaşıb. Görüş tərəflərin qolsuz bərabərliyi 0:0 yekunlaşıb.
Paytaxt təmsilçisinin baş məşqçisi Elman Sultanovla əlaqə saxlayıb görüş barədə fikirlərini öyrəndik.
Sultanovun Fanat.Az-a açıqlaması belə oldu:
"Sürətli oyun oldu. İkinci Liqa olmasına baxmayaraq, hər iki komandanın futbolçuları yüksək ustalıq nümayiş etdirdi. Xeyli sayda qol epizodları yaratdıq, ancaq təəssüf ki, istifadə edə bilmədik. Bu görüşdə - hazırda bombardirimiz olan zədəli Ülvi Quliyevin xidmətindən də məhrum olmuşduq.
Xal itkilərinə baxmayaraq, liderliyimizi davam etdiririk. Bu isə o deməkdir ki, hər şey öz əlimizdədir. Qalan bütün görüşlərdə qalib gəlib Birinci Liqaya yüksələcəyik. “Baku Sportinq” buna layiq komandadır.
Yeri gəlmişkən, “Füzuli” ilə matçda Əliyar Ağayevin idarəçiliyini çox yüksək qiymətləndirirəm".
Nahid Ustaclı