Türkiyə Super Liqasında 32-ci turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun komandası - "Hatayspor" da növbəti matçına çıxıb.
Hatay təmsilçisi "İstanbulspor"u qəbul edib. Görüş meydan sahiblərinin 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb.
Renat oyuna 70-ci dəqiqədə buraxılıb.
Qeyd edək ki, hazırda 33 xalı olan "Hatayspor" Super Liqanın turnir cədvəlində 16-cı pillədə mövqe tutub.
Nihat