Misli Premyer Liqasında XXXIII turun oyunları davam edir.
Fanat.Az xəbər verir ki, dünən start götürən tur çərçivəsində bu gün daha iki görüş keçirilib.
Əvvəlcə "Turan Tovuz" "Zirə"ni qəbul edib. Ötən tur gözlənilmədən "Araz-Naxçıvan"a uduzan "qartallar" Tovuzda qələbə qazanaraq yenidən 2-ci pilləyə qayıdıblar.
Günün digər qarşılaşmasında "Araz-Naxçıvan" ilə "Sabah" üz-üzə gəlib. Təxminən üç aylıq aradan sonra, həmçinin, Elmar Baxşıyevin rəhbərliyi altında ilk qələbəsini ötən tur əldə Muxtar Respublika təmsilçisi yüksəlişdə olan "Sabah"ı da büdrətməyə çalışsa da, bunu bacarmayıb. Bakılılar matçın startında vurduğu qolla ardıcıl 4-cü qələbəni əldə edib və iki pillə irəliləyərək 3-cü yerə yüksəlib.
Qeyd edək ki, tura sabah “Səbail”– “Qəbələ” matçı ilə yekun vurulacaq. Dünən baş tutan “Kəpəz" - "Sumqayıt" oyunu 1:1 başa çatıb, "Qarabağ" isə "Neftçi"ni böyük hesabla məğlub edib.
Misli Premyer Liqası
XXXIII tur
5 may
“Turan Tovuz” – “Zirə” 1:2
Qollar: Fẹrid Nəbiyev, 52 - Salifu Suma,14. Sezar Meza Kolli, 70.
Qırmızı vərəqə: Roderik Miller, 90+3.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Tovuz şəhər stadionu
"Turan Tovuz": 13. Aydın Bayramov, 4. Şəhriyar Əliyev (k), 10. Xəyal Nəcəfov, 77. Fərid Nəbiyev, 2. İsmayıl Zülfüqarlı, 5. Roderik Miller, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 7. Luis Paçu, 25. Denis Marandiçi, 11. Ayxan Quseynov
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 14. Slavik Alxasov, 39. Sadiq Quliyev, 88. Faiq Hacıyev, 8. Fərid Yusifli, 99. Veysəl Rzayev, 33. Eltun Turabov, 9. Belajdi Pusi, 80. Otto Con, 21. Aleks Souza
"Zirə": 97. Tiaqo Silva, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 5. Stefan Aka, 4. Ruan Renato, 23. Rafael Utziq, 15. Pyer Zebli, 6. Eldar Quliyev, 19. Salifu Suma
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 17. Araz Abdullayev, 77. Məqsəd İsayev, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 29. Ceyhun Nuriyev, 66. Pərviz Azadov, 24. Sezar Meza Kolli, 28. Abbas İbrahim
“Araz-Naxçıvan” –“ Sabah” 0:1
Qol: Ayaz Quliyev, 2.
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rahil Ramazanov, Rəşad Əhmədov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Mərdəkan. “Liv Bona Dea Arena”
"Araz-Naxçıvan": 12. Kristian Avram, 6. Vadim Abdullayev (k), 39. Tural Bayramlı, 55. Zamiq Əliyev, 2. Abdulla Rzayev, 9. Elvis Maşike, 23. Nuno Rodriqes, 42. Məhəmməd Kadiri, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 27. Numan Kurdiç.
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 17. İldar Ələkbərov, 88. Tuqay Əlizadə, 11. Ramin Nəsirli, 13. Mirəli Əhmədov, 19. Aksel Nqando, 29. Vanderson Melo, 8. İsmail Azzaui.
Baş məşqçi: Elmar Baxşıyev.
"Sabah": 1. Yusif İmanov, 4. Elvin Camalov (k), 17. Tellur Mütəllimov, 8. Ayaz Quliyev, 2. Amin Seydiyev, 88. Xəyal Əliyev, 14. İshak Belfodil, 44. Sofian Çakla, 70. Jesse Sekidika, 3. Con İrasabal, 28. Kahim Parris.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 16. Rüstəm Samiqullin, 10. Namik Ələskərov, 5. Rəhman Daşdəmirov, 6. Abdulla Xaybulayev, 40. Rauf Rüstəmli, 15. Kristian da Silva, 24. Maruan Hadudi, 7. Boyan Letiç, 18. Davit Volkov, 19. Emmanuel Apeh, 90. Oluvaseun Timilehin.
Baş məşqçi: Krunoslav Renduliç.