Misli Premyer Liqasının 33-cü turunda "Turan Tovuz"u 2:1 hesabı ilə məğlub edən "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov oyun barədə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, Tovuzdakı matçın ardından ənənəvi mətbuat konfransına qatılan 41 yaşlı mütəxəssis belə danışıb:
"Meydanda savaş getdi. Hesabı açan tərəf biz olduq. İkinci yarıda Ayxan müəllimin əvəzləmələrindən sonra rəqib fəallaşdı və bərabərlik qolunu vurdu. Daha sonra meydanda oyun planında tarazlıq yarandı. Bu qarşılaşmada hər iki komanda qələbəyə layiq idi. Ötən tur aldığımız məğlubiyyətdən sonra narahat idim. Şadam ki, qələbə qazana bildik. Tovuzda oynamaq çətindir. Bizi tribunada dəstəkləyən və televiziya vasitəsi ilə izləyən azarkeşlərimizi təbrik edirəm".
Nihat