10:19 07.05.2024 741

Tsxadadze “Qəbələ”də ilk qələbəsini qazandı – Tura baxış

Misli Premyer Liqasının 33-cü turu “Qəbələ” üçün əlamətdar oldu. Gürcüstanlı çalışdırıcı Kaxaber Sxadadzenin çalışdırdığı “qırmızı-qaralar” “Səbail”i səfərdə 3:2 hesabıyla məğlub etdi. Bu isə o demək idi ki, “Qəbələ” gürcü çalışdırıcının başçılığı altında ilk qələbəsini qazandı. Ümumilikdə “Qəbələ” 14 turdan sonra qələbə qazanmağı bacardı. Turun digər oyunları da maraqlı nəticələrlə yadda qaldı.

“Kəpəz” – “Sumqayıt” 1:1 
Qollar:
Martins Junior, 90+5 -  Cordan Rezabala, 80
Qırmızı vərəqələr: Olavale Onanuqa, 90+2, Martins Junior, 90+5.
"Kəpəz": 96. İqor Rodriqes, 10. Tural Rzayev, 7. Ehtiram Şahverdiyev, 14. Elçin Əlicanov, 8. Elmir Tağıyev, 33. Camal Cəfərov, 26. Adama Niane, 91. Latir Fall, 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa, 21. Martins Junior.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 18. Elgün Bayramov, 3. Vurğun Hüseynov, 99. Əli Səmədov, 88. Şakir Seyidov, 47. Ədilxan Qarəhmədov, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 22. Rüfət Əhmədov, 15. Cavad Kərimov, 13. Fərid Kələntərov.
Baş məşqçi: Adil Şükürov.
"Sumqayıt": 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 12. Abu Dosso, 4. İsa Suliman, 9. Erik Sorqa, 71. Masaki Murata.
Ehtiyat oyunçular: 36. Xəyal Fərzullayev, 32. Murad Ağamalıyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 11. Kasimir Ninqa, 58. Oktavio Manteka, 10. Kamran Əliyev, 23. Cordan Rezabala, 60. Tresor Mossi.
Baş məşqçi: Samir Abasov.

“Sumqayıt” vacib qarşılaşmada iki xal itirdi. Doğma meydanı təmirə bağlanan “Kəpəz” “Sumqayıt”ı Tovuzda qəbul etdi. Bununla da demək olar ki, hər iki komanda səfərdə çıxış edirdi. “Sumqayıt” bu fürsətdən yararlanıb, qələbə qazanmağı bacarmadı. Hətta bəxt “Kəpəz”in üzünə gülsəydi, Adil Şükürovun komandası bu görüşdə qələbə də qazana bilərdi. Bir neçə epizodda “Kəpəz” hesabı açmağa yaxın olsa da, ilk qolu “Sumqayıt” vurdu. Rezabala 80-ci dəqiqədə nominal meydan sahiblərini məyus etdi. Buna qədər isə meydanda biabırçılıq yaşana bilərdi. 54-cü dəqiqədə Kehat Ehtiramın ayağına təpiklə  vurub, yerdə qalınca hakim Tural Qurbanov penalti nöqtəsini göstərdi. Yalnız VAR-ın müdaxiləsindən sonra haqsız penaltinin qarşısı alındı. Məğlub duruma düşən, üstəlik azlıqda qalan “Kəpəz” böyük əzmkarlıq göstərdi və oyuna əlavə olunmuş dəqiqələrdə bərabərlik qolunu vurdu. Künc zərbəsi zamanı irəli çıxan qapıçı Rodriqes həmin epizodda məhsuldar ötürmə müəllifi oldu.
Vacib iki xal itirən “Sumqayıt” ikinci pilləni də əldən verdi, “gənclik şəhəri”nin təmsilçisi artıq 4-cü pilləyə qədər yuvarlanıb. Komandanın aktivində 51 xal var. Xalını 35-ə çatdıran “Kəpəz” isə artıq 8-ci pilləyə yüksəlib.

“Qarabağ” – “Neftçi” 5:0 
Qollar:
Nəriman Axundzadə, 12, 77. Toral Bayramov, 41. Leandro Andrade, 66. Abdullah Zubir, 85.
Qırmızı vərəqə: Yuri Matias, 78.
"Qarabağ”: 99. Andrey Lunyov, 55. Bədavi Hüseynov (k), 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 8. Marko Yankoviç, 2. Mateus Silva, 6. Julio Romao, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 5. Maksim Medvedev, 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 13. Bəhlul Mustafazadə, 66. Patrik Andrade, 7. Yassin Benzia, 17. Hamidu Keyta, 11. Adama Diakabi, 18. Olavio Juninyo, 19. Redon Cica
Baş məşqçi: Qurban Qurbanov 
“Neftçi”: 93. Rza Cəfərov, 10. Filip Ozobiç, 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev (k), 19. Azər Salahlı, 6. Dieqo Valdez, 99. Ervin Koffi, 44. Yuri Matias, 9. Andre Şinyaşiki, 11. Kilan Lebon, 88. Brayan Moreno
Ehtiyat oyunçular: 1. İvan Brkiç, 95. Rəvan Kazımov, 14. Eddi İsrafilov, 2. Qara Qarayev, 7. Azər Əliyev, 91. Ağadadaş Salyanskiy, 82. Rüfət Abbasov, 16. Lukas Melano, 22. Reziuan Mirzov, 4. Mark Tamaş, 23. Ataa Caber,77. Yeqor Boqomolski
Baş məşqçi: Miodraq Bojoviç

“Qarabağ” bu dəfə də “Neftçi”yə rəhm etmədi. Qısa müddət ərzində 3-cü dəfə “Neftçi” ilə qarşılaşan “Qarabağ” yenə də böyükhesablı qələbəyə sevindi. “Ağ-qaralar” “Azərsun Arena”da düz beş dəfə topu tordan çıxarmağa məcbur oldular. Onlar bu qolların heç birinin əvəzini çıxmağı bacarmadılar. Maraqlıdır ki, əvvəlki oyunlarda olduğu kimi, gənc Nəriman Axundzadə yenə meydanı qolsuz tərk etmədi. Lənkəranlı hücumçu “dubl” müəllifi oldu. Digər qolları Toral Bayramov, Zubir və Andrade “Neftçi”nin qapısından keçirdi. 
Lider “Qarabağ”ın aktivində artıq 76 xal var və Qurban Qurbanovun komandası artıq rəqibləri üçün əlçatmazdır. 50 xalı olan “Neftçi” isə ilk “üçlük”dən çox geri düşüb, 5-ci sırada avrokuboklardan kənar qalmaq təhlükəsiylə üz-üzədir.

“Turan Tovuz” – “Zirə” 1:2 
Qollar:
Fẹrid Nəbiyev, 52 - Salifu Suma,14. Sezar Meza Kolli, 70.
Qırmızı vərəqə: Roderik Miller, 90+3.
"Turan Tovuz": 13. Aydın Bayramov, 4. Şəhriyar Əliyev (k), 10. Xəyal Nəcəfov, 77. Fərid Nəbiyev, 2. İsmayıl Zülfüqarlı, 5. Roderik Miller, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 7. Luis Paçu, 25. Denis Marandiçi, 11. Ayxan Quseynov
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 14. Slavik Alxasov, 39. Sadiq Quliyev, 88. Faiq Hacıyev, 8. Fərid Yusifli, 99. Veysəl Rzayev, 33. Eltun Turabov, 9. Belajdi Pusi, 80. Otto Con, 21. Aleks Souza
Baş məşqçi: Ayxan Abbasov.
"Zirə": 97. Tiaqo Silva, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 5. Stefan Aka, 4. Ruan Renato, 23. Rafael Utziq, 15. Pyer Zebli, 6. Eldar Quliyev, 19. Salifu Suma
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 17. Araz Abdullayev, 77. Məqsəd İsayev, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 29. Ceyhun Nuriyev, 66. Pərviz Azadov, 24. Sezar Meza Kolli, 28. Abbas İbrahim
Baş məşqçi: Rəşad Sadıqov.

“Sumqayıt”la “Neftçi”nin büdrədiyi turda “Zirə” 3 xal qazanmaqla ikinci pilləni ələ keçirdi. Rəşad Sadıqovun komandası vacib qələbəni səfərdə “Turan Tovuz” üzərində qazandı. Artıq 14-cü dəqiqədə Sumqa hesabı açdı. Fərid Nəbiyev 52-ci dəqiqədə hesabı bərabərləşdirsə də, meydan sahibləri məğlubiyyətdən qaça bilmədi. Sezar Meza Kollinin zərbəsi qapıçı Aydın Bayramovun səhvindən sonra tora daxil oldu. Qalan 20 dəqiqədə müdafiədə etibarlı oynayan “Zirə” Tovuz səfərindən qızıldan qiymətli 3 xalla dönməyi bacardı.
Topladığı 52 xal “Zirə”nin 2-ci pilləni tutması üçün yetərli oldu. “Turan Tovuz” isə 42 xalla 7-ci sırada qərarlaşıb.

“Araz-Naxçıvan” –“ Sabah” 0:1 
Qol:
Ayaz Quliyev, 2.
"Araz-Naxçıvan": 12. Kristian Avram, 6. Vadim Abdullayev (k), 39. Tural Bayramlı, 55. Zamiq Əliyev, 2. Abdulla Rzayev, 9. Elvis Maşike, 23. Nuno Rodriqes, 42. Məhəmməd Kadiri, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 27. Numan Kurdiç.
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 17. İldar Ələkbərov, 88. Tuqay Əlizadə, 11. Ramin Nəsirli, 13. Mirəli Əhmədov, 19. Aksel Nqando, 29. Vanderson Melo, 8. İsmail Azzaui.
Baş məşqçi: Elmar Baxşıyev.
"Sabah": 1. Yusif İmanov, 4. Elvin Camalov (k), 17. Tellur Mütəllimov, 8. Ayaz Quliyev, 2. Amin Seydiyev, 88. Xəyal Əliyev, 14. İshak Belfodil, 44. Sofian Çakla, 70. Jesse Sekidika, 3. Con İrasabal, 28. Kahim Parris.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 16. Rüstəm Samiqullin, 10. Namik Ələskərov, 5. Rəhman Daşdəmirov, 6. Abdulla Xaybulayev, 40. Rauf Rüstəmli, 15. Kristian da Silva, 24. Maruan Hadudi, 7. Boyan Letiç, 18. Davit Volkov, 19. Emmanuel Apeh, 90. Oluvaseun Timilehin.
Baş məşqçi: Krunoslav Renduliç.

Turun daha bir xoşbəxti “Sabah” oldu. Masazır təmsilçisi Mərdəkanda “Araz Naxçıvan”ı məğlub etməklə “Sumqayıt”la “Neftçi”ni geridə qoymağı bacardı. Maraqlıdır ki, görüşdəki yeganə qol oyunun startında vuruldu. Ayaz Quliyevin qüvvətli zərbəsi qola çevriləndə görüşün 1-ci dəqiqəsi yenicə tamamlanırdı. Elmar Baxşıyevin yeni komandası çoxsaylı cəhdlərə baxmayaraq, cavab qolunu vurmağı bacarmadı. “Sabah” isə penalti vurmaq hüququ qazansa da, bu zərbəni qola çevirmək mümkün olmadı.
Minimal hesablı qələbə sayəsində “Sabah” “Zirə”ylə xallarını eyniləşdirdi. 3-cü pilləyə yüksələn “Sabah”ın da aktivində 52 xal var. “Araz Naxçıvan” isə 35 xalla 9-cu pilləni tutur.

“Səbail”– “Qəbələ” 2:3 
Qollar:
Aleksandr Ramalinqom, 17-pen. Pedro Nuno, 40-pen. - Osama Xalayla, 20, 56-pen. Əyyub Allaş, 32.
“Səbail": 1. Səlahət Ağayev, 5. Adil Nağıyev (k), 17. Rafael Məhərrəmli, 11. Rüfət Abdullazadə, 88. Valdemar Almeyda, 9. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 3. Silven Deslandes, 21. Anas Najah, 44. Yadin Luqasi, 14. Suleyman Alluş.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 10. Ağabala Ramazanov, 6. Cabir Əmirli, 74. Yusif Nəbiyev, 15. Vüqar Həsənov, 8. Bahadur Həziyev, 18. Süleyman Əhmədov, 19. Samir Abdullayev, 4. Adi Mehremiç, 77. Ayub Masika, 55. Nir Bardea, 7. Madi Keta.
Baş məşqçi: Şahin Diniyev.
"Qəbələ": 1. Rəşad Əzizli, 34. Ürfan Abbasov (k), 12. Nicat Əliyev, 7. Emil Səfərov, 25. İbrahim Ramazanov, 30. Şahin Şahniyarov, 27. Eşqin Əhmədov, 10. Klesio Bauk, 3. Zurab Oçiqava, 9. Əyyub Allaş, 72. Osama Xalayla.
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 2. İlkin Qırtımov, 71. Sənan Ağalarov, 97. Emil Süleymanov, 20. Bilel Auaşeriya, 99. Ahmed Ayzaya, 19. Samuel Tetteh, 17. Yaovi Akakpo.
Baş məşqçi: Kaxaber Tsxadadze

“Qəbələ”nin səfərdə “Səbail”i məğlub etməsi çoxları üçün gözlənilməz oldu. Hər halda unutmaq lazım deyil ki, “qırmızı-qaralar” düz 13 oyun idi ki, qələbəyə həsrət qalmışdı. “Səbail”ə məğlubiyyətdən qaçmaq üçün hakimin təyin etdiyi iki penalti də yetərli olmadı. Kaxaber Tsxadadzenin komandası əzmkar qələbə qazanmağı bacardı. Bu, həm də gürcü çalışdırcının bu postda ilk qələbəsidir. 3 qol vurmağı bacaran “Qəbələ” Bayıldan 3 xalla ayrıldı. Yeri gəlmişkən, bir məqamı da qeyd edək ki, bu qarşılaşmada hakim Əli Əliyev üç dəfə penalti nöqtəsini göstərdi. Bu imkanda bir dəfə qonaq komanda yararlandı. 
“Qəbələ” xalını 20-yə çatdırsa da, komandanın sonuncu pilləni tərk etmək şansı qalmayıb. 42 xalla 6-cı pillədə qərarlaşan “Səbail” üçün də qalan üç turun hansısa perespektivindən danışmağa dəyməz.

Amal Abuşov

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

04 İyul 2025
12:16

"Roma"nın hücumçusu İstanbul klubunda

11:58

"Bayquşlar" "ilk qaranquş" rolunda - "Sele"ni yaxından tanıyaq

11:39

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:21

Bakıda daha bir avarçəkmə yarışı keçiriləcək

11:03

"Qalatasaray"ın vingerini İtaliyada cərimələdilər

10:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:27

Azərbaycanın 3 boksçusu Dünya kubokunun yarımfinalında döyüşəcək

10:09

Madrid nəhəngi 35 yaşlı braziliyalı ilə anlaşdı

09:48

"Ciddi niyyətlərimiz və planlarımız var" - "Araz-Naxçıvan"ın baş məşqçisi ÇL-in püşkünü dəyərləndirdi

09:25

Klublararası dünya çempionatı: 1/4 final mərhələsi başlayır

09:00

"Əl-Şabab" Fatih Terimi ispaniyalı məşqçi ilə əvəzlədi

00:19

"Liverpul" Jotanın xatirəsini əbədiləşdirdi

03 İyul 2025
23:39

Günay bir ildə ikinci dəfə Avropa çempionu oldu

23:18

Çempion Niderland millisinin hücumçusunu alır - Transfer yekunlaşmaq üzrədir

22:49

"İmişli" hazırlığa nə vaxt başlayır?

22:11

Rusiyalı məşqçi faciəvi şəkildə öldü

21:52

Holandın etdiyini nə Messi bacarıb, nə də Ronaldu

21:23

"Sabah" Avstriyada yenə qollu heç-heçəyə razılaşdı

20:45

Almaniyanın U-20 millisinin üzvü "Leypsiq"də - RƏSMİ

20:12

Rusiyalı futbolçu 4 illik diskvalifikasiya edildi

19:50

Cikiya Super Liqa klubu ilə müqavilə bağlasa da...

19:23

"Liverpul" fanatları Jotanın və qardaşının xatirəsini belə yad etdilər - FOTO

18:49

"Favorit "Sele"dir, çünki "Sabah"..." - Aslan Kərimov problemləri sadaladı

18:20

"MLS mənim oyun tərzimə uyğun deyildi" - Jiru

17:58

Bu gün "Sabah" ikinci sınaq matçına çıxacaq

17:23

"Araz-Naxçıvan"ın ÇL-dəki rəqibləri bəlli oldu

17:05

Azərbaycanın iki idmançısı dopinqə görə cəzalandı

16:47

"Sabahı çox çətin mübarizə gözləyir" - Xaqani Məmmədov

16:29

"O pula Neymarı almaq olmaz, amma çoxlu ağac əkmək olar" - Müllerdən etiraz

16:17

Azərbaycan telekanalı "Traktor"un ÇL oyunlarını yayımlayacaq

16:10

“UEFA Hakimlər Komitəsinin üzvlərini yaxşı tərəfdən təəccübləndirdik”

15:53

İspaniya nəhəngi dünya çempionunun klubuna rəsmi təklif göndərəcək - MƏBLƏĞ

15:35

"Bu, özümü yenidən göstərmək üçün şansdır" - Quliyev Premyer Liqanı arzulayır

15:14

"Qəbələ" Futbol Akademiyasının fəaliyyəti dayandırıldı

14:57

Ronaldu Jotanın ölümü ilə bağlı paylaşım etdi

14:39

Kamal Quliyevin köməkçiləri bilindi

14:21

"Kəpəz" rəqiblərindən ikisini açıqladı

14:04

"Sumqayıt" qalanları saxlayacaq

13:46

"Mançester Siti" yeni qapıçı transfer etməyə yaxındır - MƏBLƏĞ

13:28

Klublarımızın avrokubok oyunlarını hansı kanallar yayımlayacaq? - AÇIQLAMA

Facebookdan bizi izləməyi unutmayın.
X