“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 34-cü turu çərçivəsində “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu dəyərləndirib.
Fanat.Az xəbər verir ki, o, səfərdə 1:0 hesabı ilə qalib gəldikləri görüşü belə şərh edib:
“Futbolçuların psixoji durumdan çıxmaları birliyimiz, bərabərliyimiz üçün vacib idi. Rəhbərliyimizə, azarkeşlərimizə təşəkkür edirəm. Həqiqətən dəstək oldular.
Oyun başlayandan etibarən nəzarətimizdə idi. Rəqibin təhlükəli əks-hücumları oldu. Birinci hissədə rəqibin cərimə meydançası daxilində son toxunuşlarda qərarlarımız yaxşı olmadı. İkinci hissədə yaxşı hücumlarımız oldu. Qələbə qazandıq. Son iki oyunumuz qalıb. Ondan sonra növbəti mövsüm haqda fikirləşəcəyik”.