"Qarabağ"ın qaöıçısı Andrey Lunyov Rusiya klubuna keçə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "Telegram" kanalında jurnalist İvan Karpov açıqlayıb.
O, 32 yaşlı rus qolkiperin xidmətində Moskva "Dinamo"sunun maraqlı olduğunu vurğulayıb. "Dinamo" rəhbərliyinin Andreyin heyətə qatılmasını əsas hədəf saydığı bildirilib.
Cari mövsüm "Qarabağ" forması ilə bütün turnirlərdə 32 matça çıxan Lunyov bu qarşılaşmaların 10-da qapısını toxunulmaz saxlayıb. Sözügedən futbolçunun "köhlən atlar"la müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq.
Nihat