Misli Premyer Liqasının XXXV turunda "Qarabağ"ın qonağı olacaq "Turan Tovuz" oyuna tam heyətlə çıxa bilməyəcək.
Bunu Fanat.Az-a açıqlamasında qərb təmsilçisinin sözçüsü Süleyman Tağıyev deyib.
Klub rəsmisi zədəli və cəzalı oyunçuların adlarını açıqlayıb:
"Sevindirici xəbər odur ki, cəzalı Bruno Qonçalves sıraya dönüb. 32-ci turda "Neftçi" ilə matçda aldığı qırmızı vərəqəyə görə, 2-si şərti olmaqla 4 oyunluq cəzalanan futbolçumuz "Qarabağ"la görüşdə komandaya kömək edə biləcək. Əvəzində heyətdə bir cəzalı, bir zədəli oyunçu var. Roderik Miller cəzalı olduğu üçün Bakıdakı oyuna çıxa bilməyəcək. İsmayıl Zülfüqarlı isə zədə səbəbindən oynamayacaq".
Qeyd edək ki, "Qarabağ" "Turan Tovuz" matçı mayın 17-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Qarşılaşmanın start fiti 20:30-da səslənəcək.
Mirağa