AFFA-nın təşkil etdiyi U-17 "Qızlar Liqasında mövsümə yekun vurulub.
Fanat.Az xəbər verir ki, "Sabah"ın qızlardan ibarət komandası liqanın final oyununda "Neftçi" ilə qarşılaşıb.
Binə stadionunda keçirilən matç Mehdi İbrahimovun baş məşqçisi olduğu komandanın böyük hesablı qələbəsi ilə nəticələnib - 11:0. Oyunda qollara Xanım Əsədova (6), Mədinə Curuqova (2), Tərgül Qəniyeva (2) və Aysu Əsədova imza atıblar.
Liqanın bombardiri də məhz Xanım Əsədova olub. O, çempionat ərzində 67 qol vurub.