Azərbaycan Kubokunun finalından əvvəl Aygün Kazımovanın iştirakı ilə konsert proqramı baş tutacaq.
Fanat.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, xalq artisti iyunun 2-də baş tutacaq mövsümün son matçından əvvəl təşkil olunacaq konsert proqramına dəvət alıb.
Tədbir saat 19:00-da başlayacaq.
Qeyd edək ki, iyunun 2-də, saat 20:00-da başlayacaq Azərbaycan Kubokunun finalında “Qarabağ” və “Zirə” klubları üz-üzə gələcəklər.