15:00 22.05.2024 503

"Qəbələ"nin fiaskosuna sözardı - Kimdir günahkar?

Növbəti mövsümdən Misli Premyer Liqasında (MPL) komanda sayının artırılmayacağı dəqiqləşib. Bu isə o deməkdir ki, son anda fors-major hal yaşanmasa, elitada qalmaq şansını ötən ay itirən "Qəbələ" növbəti mövsümə Birinci Liqada başlayacaq. Əlbəttə, ölkədə analoqu olmayan infrastruktura sahib "qırmızı-qaralar"ın turnir cədvəlinin "zirzəmi"sindən çıxmaq şansının olmaması ikili hisslərə meydan verir. İdman prinsipləri prizmasından yanaşsaq, şübhəsiz, ən zəif nəticə göstərən komandanın MPL-lə azı bir mövsümlük vidalaşması ədalətin yerini tapmasıdır. Digər tərəfdən, belə bir klubun aşağı diviziona yuvarlanması nəinki qəbələli azarkeşlər, neytral futbolsevərlər üçün də üzücü haldır.

Fiasko nədən başladı?

Ötən mövsüm finalda "Neftçi"ni 1:0 hesabı ilə məğlub edərək Azərbaycan Kubokunun qalibi olan komandanın fiaskoya uğrayacağı yəqin ki, ən bədbin tərəfdarın da ağlına gəlməzdi. Lakin 2022/2023 "futbol ili"ndə Elmar Baxşıyevin rəhbərliyi altında adından söz etdirən kollektivin aparıcı oyunçularını heyətdə saxlaya bilməməsi vəziyyəti mürəkkəbləşdirdi. Yarımmüdafiəçi İsnik Alimi və mərkəz müdafiəçisi Ruan Renato başda olmaqla, önəmli futbolçuların getməsi sıradan fakt deyildi. İş o yerə çatdı ki, Qəbələ təmsilçisinin Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Kipr "Omoniya"sına hər iki qarşılaşmada uduzaraq (2:3, 1:4) mübarizəni dayandırması gözlənilən sonluq qismində dəyərləndirildi.

Yeni mövsümün başlanğıcında klubdan ayrılanların, yeni gələnlərin və müqavilə yeniləyənlərin tam siyahısı isə belə idi:

Gələnlər: Ahmed Ayzaya ("Kəpəz"), Zurab Oçiqava ("Sabah"), Lukas Afriko ("Eştoril", Portuqaliya), Osama Xalayla ("Bney Reyneh", İsrail), Gilad Abramov ("Hapoel Hadera", İsrail), Rauf Hüseynli ("Şamaxı"), Bilel Auaşeriya (“Jil Visente”, Portuqaliya), Rəşad Əzizli ("Şamaxı").
Gedənlər: Məqsəd İsayev, Ramon Maçado, Səlahət Ağayev, Andrey Strijak, Felipe Santos, Rövlan Muradov, İsnik Alimi, Ruan Renato, Rafael Utziq, Rüfət Əhmədov, Samuel Tetteh ("Adanaspor", Türkiyə). 
Müqavilə müddətini artıranlar: Elmar Baxşıyev (baş məşqçi), İlkin Qırtımov, Ürfan Abbasov, Murad Musayev, Emil Səfərov, Kristof Atanqana, Ülvi İsgəndərov, Omar Hani.

Baxşıyev vaxtında göndərilməliydi

İş-işdən keçəndən sonra baş məşqçi postunu tərk edən Baxşıyevin mövcud heyətlə vəziyyətdən çıxa bilməyəcəyi ən azı noyabrdan bəlli idi. Hiss olunurdu ki, komandada "yeni qan"a ehtiyac var. Əlbəttə, bir neçə ay öncə ölkə kubokunu qazanmış, məhdud büdcə ilə döyüşkən kollektiv formalaşdırmış mütəxəssislə bağlı gözləmə mövqeyi tutan rəhbərliyi də müəyyən mənada başa düşmək olar.  Amma peşəkar futbolda klubun mənafeyi hər şeydən önəmlidirsə, deməli, vəziyyətin bu həddə çatmasında idarəçilərin də günahı az deyil. Baxşıyev vaxtında göndərilməliydi. Yəni ən pis halda, komanda qış fasiləsi ərəfəsində başqa mütəxəssisə tapşırılmalıydı.

Tsxadadze nəyi sübut etdi?

Cari mövsüm komandanı MPL-də Baxşıyev 24 oyuna çıxaran Baxşıyevin rəhbərliyi altında bölgə təmsilçisi 4 qələbə 3 heç-heçə 17 məğlubiyyətlə yadda qaldı. Bu sayda matçda cəmi 15 xal toplayan "qırmızı-qaralar" 21 faizlik nəticə göstərib. Olduqca çılpaq reallıqdır, deyilmi?

Fevralın 25-də baş məşqçi təyin edilən Kaxaber Tsxadadze tanımadığı komandanı 11 çempionat oyununa çıxarıb. Bu qarşılaşmalarda 3 qələbə, 2 heç-heçə və 6 məğlubiyyətlə 11 xal toplayan əcnəbi mütəxəssisin 33 faizlik nəticəsi göz qabağındadır. Nəzərə alaq ki, hələ "Qəbələ"nin son turda "Sumqayıt"la səfər matçı da var. Bu isə o deməkdir ki, ümumi nəticənin bir qədər də yaxşılaşmaq ehtimalı qüvvədədir. Bəli, Azərbaycan Kubokunun yarımfinalında "Zirə"dən alınan 2 məğlubiyyət (1:2, 0:2) də gürcü çalışdırıcının dönəminə təsadüf edib. Ancaq "Zirə"nin bu mövsüm nə dərəcədə möhkəm kollektiv olduğunu bilmək əlavə şərhə əlyeri qoymur. MPL-in 35-ci turunda "Araz-Naxçıvan"ın baş məşqçisi qismində Qəbələ səfərinə yollanan Elmar bəyin sabiq komandasından alınan 0:2 hesablı yenilgiyə üzüldüyünü də xatırlatmaq yerinə düşər. 

Son söz əvəzi

Girişdə qeyd etdiyimiz kimi, qeyri-adi nəsə baş verməsə, "Qəbələ" növbəti "futbol ili"ndə Birinci Liqada mübarizə aparacaq. Tsxadadzenin aşağı divizionda işləməyə razılıq verib-verməyəcəyini zaman göstərəcək, lakin onu qalmağa razı salmaq mümkün olsa, çox böyük ehtimalla, komanda birillik fasilədən sonra elitaya qayıdacaq. Görünən budur ki, Baxşıyev bu heyətlə mümkün olanın ən yaxşısını edə bilməyib.

Nihat 
 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

22 İyun 2024
00:24

AÇ-2024:Niderland - Fransa oyununda qol yoxdur -YENİLƏNİR

21 İyun 2024
20:37

Harri Keyn İngiltərənin problemini açıqladı

19:50

Kosovo yenidən serbləri UEFA-ya şikayət etdi

19:00

"Neftçi" yarımmüdafiəçisi ilə vidalaşdı

18:45

Roberto Bacco hücuma məruz qaldı - Xəstəxanaya aparıldı

18:15

Falkaonun yeni iş yeri bilindi - RƏSMİ

17:51

İtaliya təmsilçisi Yuriçlə vidalaşdı

17:22

U-19 Bakıda hazırlaşacaq

17:05

İstanbul nəhəngi yeni transferini açıqladı

16:42

"Sabah"ın U-10 komandası beynəlxalq turnirə qatılacaq

16:24

İngilis azarkeşlər həbs edildilər - SƏBƏB

16:05

Adıyev 3 illik müqaviləyə imza atdı

15:48

"Slovakiya ilə oyun daha çətin olacaq" - Artyom Dovbik

15:31

U-16 toplanışda bu heyətlə iştirak edəcək

15:13

Rud van Nistelroy İngiltərə klubu ilə razılığa gəldi

14:55

Uels millisinin baş məşqçisi qovuldu

14:38

"Qələbə qazanmağa, pley-offa yüksəlməyə çalışacağıq" -Didye Deşam

14:02

İtaliya millisindən antirekord

13:27

"Fransa ilə oyunda Veqhortsdan necə istifadə edəcəyimizi görəcəksiniz" -Ronald Kuman

13:08

Avarçəkmə üzrə açıq Bakı birinciliyi keçiriləcək

12:50

İspaniya yığması ciddi itki ilə üzləşdi

12:31

"Avstriya ilə son iki oyunla bağlı yaxşı xatirələrimiz var" - Voytsex Şensnı

12:13

Donnarumma İspaniyaya məğlubiyyət haqda nə dedi?

11:55

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:38

Spalletti İspaniyaya məğlubiyyətin səbəbini açıqladı

11:19

U-15 Liqasının qalibləri mükafatlandırıldı

11:02

"Bu, mənim dövrümün ən yaxşı oyunu idi" - İspaniya millisinin baş məşqçisi

10:43

Argentina Amerika Kubokuna inamlı qələbə ilə başladı

10:24

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:06

AÇ-2024: Nəticələr və təqvim

09:45

Kalafiori İtaliya futbolunun tarixinə düşdü

09:23

İspaniya - İtaliya matçının ən yaxşı oyunçusu bilindi

00:56

AÇ-2024: İngiltərə büdrədi, İspaniya İtaliyanı yenib 1/8 finala yüksəldi

20 İyun 2024
19:50

Qrinvud İtaliya yolunda - Romalılar MY ilə danışığa başladılar

18:40

Serbiya UEFA-nı AÇ-dən çıxmaqla hədələdi - SƏBƏB

18:06

"Araz-Naxçıvan"dan növbəti transfer - RƏSMİ

17:56

Modriç Buffonu geridə qoydu

17:11

"Açığı, biz fərqli Şotlandiya görəcəyimizi güman edirdik" -Murat Yakın

16:51

Azərbaycan yığması Gürcüstana uduzdu

16:26

Albaniya millisinin hücumçusu AÇ-2024-dən uzaqlaşdırıla bilər

Facebookdan bizi izləməyi unutmayın.
X