Misli Premyer Liqasının 36-cı turunda "Neftçi"nin qonağı olacaq "Sabah" avrokuboka vəsiqə baxımından xüsusi əhəmiyyət daşıyan matça itkilərlə çıxacaq.
Bunu Fanat.Az-a açıqlamasında "bayquşlar"ın sözçüsü Elnur Həmidov deyib:
"Qəbələ" ilə matçda qırmızı vərəqə alan Davit Volkov bu qarşılaşmada da iştirak edə bilməyəcək. Vinsent Till isə zədə səbəbindən "Neftçi" ilə matçı kənardan izləyəcəklər. İshak Belfodil və Kahim Parrisin durumu qeyri-müəyyəndir. Onların adının iştirak ərizəsinə salınıb-salınmayacağına baş məşqçiqərarverəcək".
Qeyd edək ki, "Neftçi" - "Sabah" qarşılaşması bu gün keçiriləcək. Oyunun start fiti 19:00-da səslənəcək.
Mirağa