Misli Premyer Liqasının 36-cı turunda "Zirə"nin qonağı olacaq "Səbail" qəsəbə təmsilçisi ilə görüşə itkiylə çıxacaq.
Bunu Fanat.Az-a açıqlamasında paytaxt təmsilçisinin sözçüsü Rəşad Məmmədov deyib:
"Heyətdə bir cəzalı futbolçu var. Pedro Nuno mövsümün son oyununda komandaya kömək edə bilməyəcək. O, sarı vərəqə səbəbindən cəzalı duruma düşüb.
Əslində, zədə ilə bağlı ciddi problem yoxdur. Yalnız David Qomisdir ki, o da çoxdan komandaya kömək edə bilmir".
Qeyd edək ki, "Zirə" - "Səbail" qarşılaşması bu gün, mayın 25-də baş tutacaq. Oyunun start fiti 19:00-da səslənəcək.
Mirağa