"Neftçi” baş məşqçisi Miodraq Bojoviçi yola salıb.
Fanat.Az xəbər verir ki, məlumatı "ağ-qaralar"ın mətbuat xidməti yayıb.
Monteneqrodan olan mütəxəssisin müqaviləsinin müddətinin uzadılmaması barədə qərar qəbul olunub.
Klub ona gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, Bojoviç ötən ilin sonunda baş məşqçi təyin olunmuşdu. "Neftçi" Azərbaycan Kubokunun yarımfinalında "Qarabağ"a uduzub (0:4,0:1), Premyer Liqada isə beşinci yeri tutub.