09:55 27.05.2024 601

Mövsüm də bitdi, “Neftçi”nin avrokubok arzuları da – Tura baxış

Misli Premyer Liqasında 36-cı turun oyunları ilə birlikdə mövsüm başa çatdı. Çempionun adı çoxdan məlum olsa da, avrokuboklara yollanacaq xoşbəxtlərin adına məhz son turda aydınlıq gəldi. “Qarabağ”a “Zirə”, “Sabah” və “Sumqayıt” qoşuldu. Yeri gəlmişkən, avrokuboklar üçün əhəmiyyət kəsb edən qarşılaşmaların üçü də eyni saatda başladı və bu qarşılaşmalar azarkeşləri son saniyələrə qədər həyacanda saxladı.

“Zirə” – “Səbail” 1:0 
Qol
: Qismət Alıyev, 57.
Qırmızı vərəqə: Valdemar Almeyda, 70.
Zirə”: 97. Tiaqo Silva, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 29. Ceyhun Nuriyev, 5. Stefan Aka, 4. Ruan Renato, 23. Rafael Utziq, 15. Pyer Zebli, 19. Salifu Suma
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Məmməd Hüseynov, 17. Araz Abdullayev, 77. Məqsəd İsayev, 21. Hacıağa Hacılı, 11. Rüstəm Əhmədzadə, 24. Sezar Meza Kolli, 9. Vladislav Kulaç, 44. Dmitrios Çantakias, 70. İssa Cibrila, 28. Abbas İbrahim, 6. Eldar Quliyev
Baş məşqçi: Rəşad Sadıqov
Səbail”: 1. Səlahət Ağayev, 5. Adil Nağıyev (k), 74. Yusif Nəbiyev, 11. Rüfət Abdullazadə, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 9. Aleksandr Ramalinqom, 3. Silvayin Deslandes, 21. Anas Najah, 7. Madi Queta, 14. Suleyman Alluş
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 10. Ağabala Ramazanov, 6. Cabir Əmirli, 15. Vüqar Həsənov, 8. Bahadur Həziyev, 17. Rafael Məhərrəmli, 18. Süleyman Əhmədov, 19. Samir Abdullayev, 44. Yadin Luqasi
Baş məşqçi: Şahin Diniyev

Rəşad Sadıqovun çalışdırdığı qəsəbə təmsilçisi mövsümü yüksək səviyyədə keçirdi və bunun da mükafatı Avropa Liqasına vəsiqə oldu. Ölkə kubokunun finalına da vəsiqə qazanan “Zirə” şansını sonraya saxlamadı və “Səbail”lə görüşdə qələbə qazanmaqla öz taleyini həll etməyi bacardı. Görüşə inamlı başlayan və 90 dəqiqənin sonuna qədər soyuqqanlı görünən zirəlilər Qismət Alıyevin 57-ci dəqiqədə vurduğu qolla qələbə qazandılar. 70-ci dəqiqədə Almeyda simulyasiyaya görə qırmızı vərəqə alaraq, komandasını azlıqda qoydu. Bu isə “Səbail”in işini daha da ağırlaşdı. Belədə üstünlüyünü sonadək qoruyan “Zirə” qələbəni bayram etdi.
36 oyuna 58 xal toplayan “qartallar” mövsümü ikinci pillədə başa vurdu. İlk ik dövrəni yaxşı keçirən, davamını gətirə bilməyən “Səbail” isə mövsümü 42 xalla 7-ci pillədə bitirdi.

“Neftçi” – “Sabah” 0:1 
Qol
: Namik Ələskərov, 86
Qırmızı vərəqələr: Dieqo Valdez, 89 - Kahim Parris, 89. Con İrasabal, 89. 
Neftçi”: 1. İvan Brkiç, 10. Filip Ozobiç, 14. Eddi İsrafilov (k), 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 23. Ataa Caber, 99. Ervin Koffi, 44. Yuri Matias, 9. Andre Şinyaşiki, 11. Kilan Lebon, 77. Yeqor Boqomolski
Ehtiyat oyunçular: 93. Rza Cəfərov, 95. Rəvan Kazımov, 8. Emin Mahmudov, 2. Qara Qarayev, 17. Rəhman Hacıyev, 26. Ömər Buludov, 91. Ağadadaş Salyanskiy, 16. Lukas Melano, 22. Reziuan Mirzov, 4. Mark Tamaş, 6. Dieqo Valdez, 20. Alfa Konte
Baş məşqçi: Miodraq Bojoviç
Sabah”: 1. Yusif İmanov, 10. Namik Ələskərov, 4. Elvin Camalov (k), 17. Tellur Mütəllimov, 8. Ayaz Quliyev, 2. Amin Seydiyev, 24. Maruan Hadudi, 7. Boyan Letiç, 70. Cesse Sekidika, 19. Emmanuel Apeh, 3. Con İrasabal
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 16. Rustam Samigullin, 9. Anatoli Nuriyev, 5. Rəhman Daşdəmirov, 6. Abdulax Xaybulaev, 40. Rauf Rüstəmli, 88. Xəyal Əliyev, 53. Fəxri Məmmədli, 15. Kristian da Silva, 44. Sofian Çakla, 28. Kahim Parris, 90. Oluvaseun Timilehin
Baş məşqçi: Krunoslav Renduliç

Mövsümün ən vacib oyununda qələbə qazanan “Sabah” da azarkeşlərini sevindirdi. Bu qələbə həm də “Neftçi”nin fiaskosuna çevrildi. “Ağ-qaralar” bu görüşdən 1 xalla ayrılsaydılar, Konfrans Liqasına vəsiqə qazanacaqdılar. Amma bunu bacarmaq belə Bojoviçin çalışdırdığı komanda üçün mümkünsüz oldu. Nəticədə avrokuboklardan uzaq qalan “Neftçi” baş məşqçisini də istefaya göndərdi.
Görüşdə yeganə qolu Namiq Ələskərov “Neftçi”nin qapısında 86-cı dəqiqədə keçirdi. Qoldan sonra meydanda gərginlik yaşandı və Əliyar Ağayev üç futbolçunu meydandan qovdu. Say üstünlüyü qazanan “Neftçi” cavab qolunu vurmağı bacarmayınca məğlubiyyətlə barışdı. 58 xallı “Sabah” üçüncü pilləni təmin etməklə Konfrans Liqasında oynamaq hüququ qazandı 56 xalla beşinci sırada qərarlaşan “Neftçi” üçün isə mövsümü uğursuz adlandıra bilərik.

“Sumqayıt” – “Qəbələ” 1:0
Qol: Erik Sorqa, 52.
Sumqayıt”: 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 11. Kasimir Ninqa, 12. Abu Dosso, 4. İsa Suliman, 10. Kamran Aliev, 71. Masaki Murata, 23. Cordan Rezabala
Ehtiyat oyunçular: 36. Xəyal Fərzullayev, 32. Murad Ağamalıyev, 7. Rövlan Muradov, 30. Kamran Quliyev, 21. Nihad Əhmədzadə, 41. Uğur Cahangirov, 58. Oktavio Manteka, 9. Erik Sorqa, 60. Tresor Mossi
Baş məşqçi: Samir Abasov
Qəbələ”: 1. Rəşad Əzizli, 34. Urfan Abbasov (k), 28. Murad Musayev, 7. Emil Səfərov, 25. İbrahim Ramazanov, 27. Eşqin Əhmədov, 10. Klesio Bauk, 4. Lukas Afriko, 99. Ahmed Ayzaya, 9. Əyyub Allaş, 72. Osama Xalayla
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 94. Həbib Hüşənov, 11. Asif Məmmədov, 2. İlkin Qırtımov, 5. Rauf Hüseynli, 12. Nicat Əliyev, 71. Sənan Ağalarov, 97. Emil Süleymanov, 30. Şahin Şahniyarov, 20. Bilel Auaşeriya, 3. Zurab Oçiqava, 17. Yaovi Akakpo
Baş məşqçi: Kaxaber Tsxadadze

“Sumqayıt” da adını xoşbəxtlər sırasına yazdırmağı bacardı. Əslində, çox az adam “gənclik şəhəri”nin təmsilçisinin bu şansı qaçıracağını düşünürdü. Çünki “Sumqayıt”ın taleyi öz əlində idi. Rəqib də qələbə qazancaq üçün müsaid sayılırdı. Ardıcıl üç oyunda qələbə qazanan “Qəbələ”nin istəkli “Sumqayıt” qarşısında davam gətirməyəcəyini proqnozlaşdırmaq mümkün idi. Elə bu proqnozlar da doğruldu. Sorqa 52-c dəqiqədə tribunaları dolduran azarkeşləri ayağa qaldırdı. Yeri gəlmişkən, klub rəhbərliyinin bu əhəmiyyətili oyuna girişi pulsuz etdiyini də xatırladaq. Bu amil tribunaların dolmasını da şərtləndirmişdi.
Elitanını tərk edəcəyi çoxdan rəsmiləşən “Qəbələ” mövsümü 26 xalla başa vurdu. “Sumqayıt” isə topladığı 57 xalla 4-cü oldu. Bu isə Samir Abasovun çalışdırdığı komandanın Azərbaycanı Konfrans Liqasında təmsil etməsi deməkdir.

"Turan Tovuz” –“ Kəpəz” 1:0 
Qol: Otto Con, 74.
Luis Paçu (Turan Tovuz) 25-ci dəqiqədə penaltidən yararlana bilməyib (qapıçı)
Turan Tovuz”: 13. Aydın Bayramov, 4. Şəhriyar Əliyev (k), 10. Xəyal Nəcəfov, 2. İsmayıl Zülfüqarlı, 8. Fərid Yusifli, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 7. Luis Paçu, 25. Denis Marandiçi, 6. Bruno Qonçalves, 9. Belajdi Pusi
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 39. Sadiq Quliyev, 88. Faiq Hacıyev, 77. Fərid Nəbiyev, 99. Veysəl Rzayev, 33. Eltun Turabov, 70. Məzahir Məmmədzadə, 97. Sadiq Şəfiyev, 80. Otto Con, 11. Ayxan Quseynov, 21. Aleks Souza
Baş məşqçi: Ayxan Abbasov
Kəpəz”: 96. İqor Rodriqes, 7. Ehtiram Şahverdiyev, 99. Əli Səmədov, 14. Elçin Əlicanov, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 33. Camal Cəfərov, 26. Adama Niane, 91. Latir Fal, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k)
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 18. Elgün Bayramov, 79. İlkin İsgəndərli, 3. Vurğun Hüseynov, 29. Amil Yunanov, 10. Tural Rzayev, 47. Ədilxan Qarəhmədov, 22. Rüfət Əhmədov, 17. Ümid Səmədov, 15. Cavad Kərimov, 13. Fərid Kələntərov
Baş məşqçi: Adil Şükürov

“Qərb derbisi”ndə “Turan Tovuz” sevindi. Meydan sahibləri 25-c dəqiqədə penaltidən yararlana bilmədilər. Paçu Rodriqeslə dueldən məğlub ayrıldı. Bununla belə mövsümü qələbə ilə qapadmaq mümkün oldu. Otto Con 74-cü dəqiqədə fərqləndi. “Kəpəz” bu qola cavab verməyi bacarmadı. Hər halda elitadakı yerini təmin etmiş gəncəlilərin motivasiya əksikliyindən əziyyət çəkdiyi bəlli məsələ idi. 
Aktivinə 3 xal yazdıran “Turan Tovuz” 48 xalla 6-cı pilləni özəlləşdirdi. 35 xallı “Kəpəz” isə mövsümü 9-cu pillədə tamamladı.

“Araz-Naxçıvan”– “Qarabağ” 2:2 
Qollar: Elvis Maşike, 3. Abdulla Rzayev, 59. - Juninyo, 27. Vadim Abdullayev, 32-öz qapısına.
Adama Diakabi 74-cü dəqiqədə penaltini boşa verib (qapının üstündən)
"Araz-Naxçıvan": 12. Kristian Avram, 6. Vadim Abdullayev (k), 55. Zamiq Əliyev, 2. Abdulla Rzayev, 11. Ramin Nəsirli, 9. Elvis Maşike, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 27. Numan Kurdiç
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 10. Orxan Əliyev, 39. Tural Bayramlı, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 17. İldar Alekperov, 88. Tuqay Əlizadə, 13. Mirəli Əhmədov, 19. Aksel Nqando, 8. İsmail Azzaui
Baş məşqçi: Elmar Baxşıyev
Qarabağ”: 99. Andrey Lunyov, 55. Bədavi Hüseynov (k), 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 10. Abdullah Zubir, 8. Marko Yankoviç, 18. Olavio Juninyo, 2. Mateus Silva, 6. Julio Romao, 15. Leandro Andrade
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 5. Maksim Medvedev, 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 90. Nəriman Axundzadə, 81. Kevin Medina, 66. Patrik Andrade, 7. Yassin Benzia, 17. Hamidu Keyta, 11. Adama Diakabi, 19. Redon Cica
Baş məşqçi: Qurban Qurbanov

Çempionluq kubokunu “Azərsun Arena”da başı üzərinə qaldıran “Qarabağ” bu təntənəni 3 xalla qeyd edə bilmədi. Diakabi 74-cü dəqiqədə penaltini göyə uçurmasaydı, “Qarabağ” mövsümü qələbə ilə başa vuracaqdı. Hər halda bu xal itkisi bayram ab-havasına keçən oyunda kimsənin kefini pozmadı. Lunyovun ilk qoldakı səhvi də azarkeşlərin əhvalına təsir etmədi. Maşikenin 3-cü dəqiqədə vurduğu qola “Qarabağ” cəmi yarım saat ərzində iki dəfə cavab verərək fasiləyə üstün yollandı. Amma Abdulla Rzayev 59-cu dəqiqədə yekun hesabı müəyyənləşdirdi və görüş 2:2 hesabıyla yekunlaşdı.
83 xal toplayan “Qarabağ” rəqibləri üçün çoxdan əlçatmaz idi. Bu heç-heçə sayəsində aktivinə 1 xal əlavə edən “Araz Naxçıvan” isə mövsümü 8-ci sırada bitirməyi bacardı. Mövsmün gedişində Azər Bağırovun Elmar Baxşıyevə təhvil verdiyi komanda 36 oyuna elə 36 xal topladı.

Amal Abuşov

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

13 May 2025
15:15

Azərbaycanlı hakim vəfat etdi

14:57

MY-nin istəmədiyi vinger İtaliya nəhənginə keçməyə yaxındır

14:39

"Mançester Siti" 22 yaşlı müdafiəçini istəyir

14:21

Xabi Alonso Vaskesin "Real Madrid"də qalıb-qalmayacağına qərar verdi

14:03

"Kurban Berdiyev "Spartak" üçün ideal namizəddir"

13:44

"Trent bununla barışmalıdır" - Vircil van Deyk

13:25

Ançelottilərin yolu ayrıldı - SON DURUM

13:07

İki lqiada pley-offun püşkü atıldı

12:49

"Siti" üçün cari mövsüm qəzadır" - Erlinq Holand

12:31

"Rəhbərliyin istəyi odur ki, yeni mövsümdən Naxçıvanda çıxış edək" - Klubun icraçı direktoru yeni qərarların anonsunu verdi

12:15

"Qarabağ" "Nyukasl", "Atletik" və "Beşiktaş"dan öndədir - UEFA reytinqi

11:56

Rio Ferdinand xəstəxanaya yerləşdirildi

11:38

İspaniya nəhənginin Holandı nə vaxt transfer edəcəyi bilindi - MƏBLƏĞ

11:20

"Mançester Yunayted" Amorimlə bağlı qərarını verdi - SON DURUM

11:02

"Məktəbə onun futbolkası ilə gedir, başıma da sarğı bağlayırdım" - Rafinya

10:46

Azərbaycanda bu stadiona FİFA sertifikatı verildi - FOTO

10:27

Azərbaycan oxatanları Avropa Kubokuna qatıldılar

10:09

Paracüdoçularımız DÇ-də mübarizəyə başlayır

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Pikedən "Real"a atmaca - "Həmişə yaxşılar qalib gəlir"

09:00

"Mən Qvardiola və Mourinyu ilə müqayisədə heç kiməm" - Dünya çempionu olan məşqçi

01:06

Zamiq Albaniya çempionu oldu

00:44

İtaliya A Seriyası: "Fiorentina"nı da evə xalsız göndərdilər, "Roma"nı da

00:25

Konfrans Liqasının finalına hakim təyinatları açıqlandı

00:07

Türkiyə Super Liqası: Kardozo het-trik etdi, komandası qazandı

12 May 2025
23:37

Avropa Liqasının finalı almana tapşırıldı

23:09

Rafinyanın "Barselona"dakı aqibəti necə olacaq? - SON DURUM

22:52

Türkiyə klubunda gözlənilməz ayrılıq - Çempion məşqçini istefaya göndərdilər

22:27

Simeone "Napoli"dən ayrılır, İtaliyadan yox

21:50

Ranyerini bu iki mütəxəssisdən birinin əvəzləyəcəyi dəqiqləşdi - ADLAR

21:15

Əvəzedicilər Liqası: Tura 10 qolla yekun vuruldu

20:42

"Qarabağ"ın məşqçisi UEFA-nın kursunda təlimatçı qismində iştirak etdi

20:14

Azərbaycan millisi iki yoxlama oyununa çıxacaq

19:40

Vaqif Cavadovun yerini o tutacaq

19:10

ÇL-in finalını idarə edəcək hakimlərin adları açıqlandı

18:37

Ançelotti Braziliya millisinin baş məşqçisi oldu - RƏSMİ

18:13

"Qarabağ" rəsmisi UEFA Akademiyasının kursuna qatıldı

18:02

Ançelotti rəsmi müqaviləyə imza atdı - Bu tarixdə "Real"ı tərk edəcək

17:51

Azərbaycanın güləş milliləri bölgələrdə toplanış keçəcəklər

17:34

"Milan"ın yarımmüdafiəçisi İngiltərə nəhənginə transfer olunmağa yaxındır

Facebookdan bizi izləməyi unutmayın.
X