AFFA-nın prezidenti Rövşən Nəcəf Misli Premyer Liqasının 36-cı turunun "Araz Naxçıvan" - "Qarabağ" oyunundan öncə Ağdam klubunun bazasını ziyarət edib.
Fanat.Az milli assosiasiyanın rəsmi "Facebook" hesabına istinadən xəbər verir ki, "Qarabağ" klubunun rəsmiləri AFFA prezidentini bazada yaradılmış şəraitlə tanış ediblər.
Ağdam təmsilçisinin baş direktoru Emrah Çəlikəl qurub başqanına komandanın imzalı formasını bağışlayıb.