Bu gün II Liqaya vəsiqə uğrunda pley-off görüşü baş tutacaq.
Fanat.Az xəbər verir ki, bu mövsüm II Liqanı 13-cü yerdə başa vuran "Şəfa" növbəti mövsüm də bu çempionatda iştirak etmək üçün Region Liqasının finalçısı "Haypers"lə qarşı-qarşıya gələcək.
Oyun “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, Vüqar Nadirovun baş məşqçisi olduğu "Haypers" Region Liqasının finalında "Şimal"a uduzaraq birbaşa vəsiqə şansını əldən verib.
II Liqaya vəsiqə uğrunda pley-off matçı
İlk oyun
29 may
17.00. “Şəfa” – “Hypers”
“ASCO Arena”