AFFA-nın İntizam Komitəsi Misli Premyer Liqasının XXXVI turunun "Neftçi" – "Sabah" oyununda yaşananlara hüquqi qiymət verilib.
Fanat.Az xəbər verir ki, komitə paytaxt klublarını sərt cəzalandırıb.
"Neftçi" futbolçusu Dieqo Valdez 90+1-ci dəqiqədə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, klubu 3000 manat cərimə edilib. "Neftçi"nin artıq istefaya göndərilən baş məşqçisi Miodraq Bojoviç hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. Monteneqrolu 5 matçlıq cəzalanıb. "Neftçi" istefaya göndərdiyi məşqçinin davranışına görə 4000 manat cərimə ödəyəcək.
"Neftçi"ni azarkeşləri də xərcə salıb. Meydançaya kənar əşyalar atılmasına görə 800, rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə 1000, pirotexniki vasitədən istifadə üçün 1500 manat cərimə kəsilib.
"Sabah"a gəlincə, Kahim Parris 90+1-ci dəqiqədə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2-si şərti olmaqla, 4 oyun cəzalanıb. Üstəlik, klubu 3000 manat cərimə edilib. Sınaq müddəti 3 ay müəyyənləşdirilib.
Onun təcavüzkar davranışı zamanı birbaşa qırmızı vərəqə alan komanda yoldaşı Con İrasabal da 3-ü şərti olmaqla, 4 oyun cəzalanıb. "Sabah" daha 3000 manat cərimələnib. İrasabal üçün də sınaq müddəti 3 ay təyin edilib. Bundan başqa, təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alan Abdulax Xaybulaev da 4 oyunluq diskvalifikasiya olunub. "Sabah" onun davranışına görə 3000 manat cəriməyə məruz qoyub.
"Sabah" bir matçda 4 futbolçusu sarı vərəqə aldığı üçün 700, 3 oyunçusu qırmızı vərəqə aldığına görə 3000 manat cərimələnib.
Beləliklə, paytaxt derbisində yaşananlar "Neftçi"yə 10300, "Sabah"a 12700 manat bahasına başa gəlib ki, ümumi cərimə məbləği 23000 manata bərabərdir.