"Səbail”in yay hazırlıq planı qismən bəlli olub.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, iyulun ilk günlərində bir araya gələcək komanda bir həftə məşqlərini Bakıda keçirəcək.
Daha sonra "dənizçilər" toplanışın ikinci mərhələsi üçün Türkiyəyə yola düşəcək. Şahin Diniyevin baş məşqçisi olduğu komanda bu müddətdə az üç yoxlama oyunu keçirməyi planlaşdırır. Toplanışın və matçların detalları ilə bağlı məlumat qarşıdakı günlərdə veriləcək.
Qeyd edək ki, "Səbail" Premyer Liqanı 7-ci pillədə başa vurub.
Mirağa