Ayxan Abbasovla yolları ayıran "Turan Tovuz" yeni baş məşqçi axtarışındadır.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, Tovuz təmsilçisi "Qarabağ" Futbol Akademiyasının koordinatoru Aftandil Hacıyevlə görüşərək mümkün təyinatı ilə bağlı müzakirələr aparıblar.
Məsələyə aydınlıq gətirmək üçün Hacıyevlə əlaqə saxladıq. Onun dedikləri belə oldu: "Bəli, görüşdüyümüz doğru məlumatdır. Danışıq aparmışıq, amma bu gün üçün "Turan Tovuz"u çalışdırmaq variantı böyük ehtimalla, alınmayacaq. Çünki hazırda "Qarabağ"dayam. Ola bilsin ki, gələcəkdə belə bir əməkdaşlıq baş tutsun".
Nihat