“Səbail” yeni transfer reallaşdırıb.
Fanat.Az xəbər verir ki, "dənizçilər"in 2024/25 mövsümü üçün ilk transferi Fərid Nəbiyev olub.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Son mövsümü “Turan Tovuz”da keçirən 24 yaşlı futbolçu karyerası ərzində “Slavia Praqa” (Çexiya) , “Şevardeni” (Gürcüstan), “Viktoriya Jijkov” (Çexiya) , “Kəpəz” klublarında çıxış edib.