"Səbail" daha bir transfer reallaşdırıb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, Bakı klubu komandanın heyətinə qapıçı cəlb edib.
Son mövsümü "Difai Ağsu"da keçirən Əlirza Müştəbazadə qarşıdakı mövsümdə "dənizçilər"in şərəfini qoruyacaq.
2001-ci il təvəllüdlü Əlirza "Sabah"ın yetirməsidir. O, "Neftçi"nin əvəzedici komandasında və "İrəvan"da çıxış edib.
Mirağa