“Səbail” Hüseynəli Quliyevlə yeni müqavilə imzalayıb.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 24 yaşlı qapıçı növbəti iki mövsüm komandamızın uğurları üçün çalışacaq.
Futbolçu “dənizçilər”in heyətində ötən mövsüm 5 oyunda (450 dəqiqə) meydana çıxıb.
Qeyd edək ki, Hüseynəli 2022-ci ilin fevral ayından komandamızın formasını geynir.