“Neftçi” klubu rusiyalı futbolçu Reziuan Mirzovla yollarını rəsmən ayırıb.
Fanat.Az xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, 2023-cü ilin sentyabrında transfer olunan Mirzov “Neftçi”nin heyətində 25 rəsmi oyunda 1 qol vurub. O, hazırda Rusiya "Ximki"sinin düşərgəsindədir.