15:23 02.07.2024 878

"Tarixi torpağımız olaraq Xankəndidə oyun keçirilməsi mövsümün möhürü idi" - Elgiz Abbasov

Bu gün 16 yaşını qeyd edən Peşəkar Futbol Liqasının (PFL) prezidenti vəzifəsini müvəqqəti yerinə yetirən, eyni zamanda qurumun texniki-idman direktoru olan Elgiz Abbasovun Fanat.Az-a müsahibəsi

- Bu gün Peşəkar Futbol Liqasının 16 yaşı tamam olur. Bu münasibətlə Fanat.Az olaraq, bütün kollektivinizi təbrik edirik. Əvvəlcə istərdik bu günlə bağlı özünüzə arzuladığınız ürək sözlərinizi eşidək.
- Təbriklərə görə çox sağ olun. Fürsət bilib Peşəkar Futbol Liqasının yaradılmasında, 16 illik fəaliyyəti dövründə, inkişafında əməyi keçən hər kəsi təbrik etmək istəyirəm. Hazırda bizimlə çalışmasa da, qurumun yaradılmasında, tanınmasında, püxtələşməsində böyük rolu olan Ramin Musayevə, o cümlədən PFL-in hazırki prezidenti Elxan Səmədova təbriklərimi çatdırıram. Qurumun inkişafında, yeniliklərin tətbiq olunmasında Elxan müəllimin xidməti danılmazdır. Elxan müəllim həm futbol üçün, həm də kollektivdə hər şeyin yaxşı olması naminə tam gücü ilə çalışan adamdır.
Özümüzə davamlı inkişaf arzulayıram. Məqsəd peşəkar yarışların yüksək səviyyədə keçirilməsi və ona rəhbərlik olunmasıdır. Bütün kollektivimiz bu istiqamətdə əlindən gələnin ən yaxşısını etməyə çalışır. Kollektiv üçün çətin situasiyalar olur, ancaq məhz fədakarlıq sayəsində onların öhdəsindən gələ bilirik. Odur ki, PFL bir kollektivdən daha artıq bir qurumdur. Hər kəs - rəhbərlikdən tutmuş digər əməkdaşlara qədər - özünə aid sahədə səylərini əsirgəmir. Qışda, qarda, soyuqda, şaxtada iş başında olan operatorlar, kameramanlar, fotoqraflar, təhlükəsizlik əməkdaşları və idarə heyəti, ofisdə olan bütün əməkdaşlar öhdəsinə düşən işi layiqincə yerinə yetirməyə çalışır.
Çox sağ olun ki, belə bir gündə bizi yad etmisiz. Bu gün həm də Beynəlxalq İdman Jurnalistləri, eləcə də Polis günüdür. Mən də sizi, eyni zamanda daim yanımızda olan, təhlükəsizliyimizi təmin edən, oyunların təşkili zamanı xidmətdə olan Azərbaycan polisini qurumumuzun adından təbrik edirəm.      

- Razılaşırsız ki, ötən mövsüm PFL-in 16 illik tarixində ən çətini oldu. Çünki ilk dəfə idi ki, 5 yarış təşkil olunurdu. Ümumilikdə mövsümü necə dəyərləndirə bilərsiz? 
- Bəli, ötən mövsüm iş yükü baxımından fərqli idi. Qeyd etdiyiniz kimi, əvvəlki illərlə müqayisədə ötən mövsüm yarışlarımızın sayı daha çox oldu. Beş peşəkar yarış tərk etdik. Təcrübəmizə, kollektivimizin gücünə arxalanaraq bu işləri həyata keçirdik. Mövsüm futbol baxımından yaxşı, məhsuldar alındı. Tarixi torpağımız olaraq Xankəndidə Azərbaycan Kubokunun 1/8 final oyununun keçirilməsi məncə, mövsümün möhürü idi. Eyni zamanda, "Qarabağ" klubunun avrokuboklarda bizi çox sevindirməsini qeyd etmək istərdim. Özündən daha güclü, favorit olmadığı rəqiblərlə görüşlərdə qələbələr qazanaraq Azərbaycana sevinc bəxş etdi. Vurğulamaq istərdim ki, mövsümün sonluğu gərgin və intriqalı keçdi. Ümumilikdə ötən futbol mövsümü Azərbaycan üçün uğurlu oldu.

- Ötən il PFL üçün həm də ona görə ağır oldu ki, siz də daxil olmaqla, qurumun əsas simaları avtomobil qəzası keçirdiniz. Üstündən bu qədər keçəndən sonra o gecəni, o hadisəni necə xatırlayırsız?  
- Şəxsi planda da ağır il keçirdik. Bildiyiniz kimi, PFL-in idarə heyəti 16 dekabrda Ağdam-Xankəndi istiqamətində qəza keçirdi. Hansı ki, mən də o avtomobildə idim. Təbii ki, ağır period idi. Amma o çətin dövrü futbol ictimaiyyətinin, həkimlərin, Azərbaycan xalqının dəstəyi ilə geridə qoya bildik. Bu hadisə elə hadisədir ki, hər kəsin başına gələ bilər. Həyat prinsipimiz elədir ki, neçə dəfə yıxılsaq, ondan bir vahid daha artıq ayağa qalxmalıyıq. Düzdür, problemlər hələ də qalmaqdadır. Elxan müəllimin, o cümlədən PFL-in vitse-prezidenti Aslan Şahgəldiyevin müalicə müddəti davam edir. Ümidimizi itirmirik. Allahın izni ilə, ən qısa zamanda sağlamlığımıza qovuşub işimizin başına dönəcəyik. İnanırıq ki, futbol ictimaiyyətinin duaları, göstərilən mənəvi dəstəök sayəsində bunu bacaracağıq.
Əlbəttə, o gecə yaşananları daim xatırlayıram. Hadisə bir anda baş verdi. Bərdə xəstəxanasına çatdırıldıq. İlkin müdaxilələrdən sonra "Liv Bona Dea" xəstəxanasına təxliyə olunduq. O gecə yaddaşımda  heç vaxt təkrarını istəmədiyim dəhşətli yuxu kimi qalıb. Amma Allahımıza şükür edirik ki, bu gün həyatdayıq, sağlamlığımıza qovuşmaqdayıq.      

- Nəzərə alsaq ki, ağır qrafikdə çalışırsız, PFL-də ştat artımı gözlənilirmi? 
- Az əvvəl qeyd etdiyim kimi, əməkdaşlarımızın sayəsində bu yükü daşıya bilirik. Ştatda mümkün artımla bağlı qərar rəhbərliyin müzakirəsindən sonra baş verə bilər. PFL həmişə əməkdaş seçimində həm insani dəyərlərə, həm də əmək qabiliyyətinə önəm verib.

- Ümumiyyətlə, gələcək planlar nədən ibarətdir? Yeni mövsüm üçün hansı yeniliklər planlaşdırılır?
- Gələcək planlarımız çoxdur. Hansı ki, onların üzərində işlər davam edir, indidən açıqlama verməyim düzgün olmaz. Bildiyiniz kimi, iyulun 16-da Premyer Liqanın növbəti mövsümünün püşkatma mərasimi keçiriləcək. Həmin tədbirdə layihəsi başa çatmış yeniliklərlə bağlı ictimaiyyətə məlumat veriləcək. Əmin etmək istəyirəm ki, geridə qalan 16 ildə olduğu kimi, yeniliklərimiz olacaq və bunlar futbolumuzun inkişafına xidmət edəcək.

Mirağa    

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

10 İyul 2025
01:08

ÇL: "Qarabağ"ın rəqiblərinin duelində İrlandiya təmsilçisi sevindi

01:04

PSJ "Real"ı darmadağın edib ikinci finalçı oldu

09 İyul 2025
23:50

"Azərreyl" serbiyalı voleybolçu ilə anlaşdı

23:12

"Zirə" Türkiyədə qalib gəldi

22:40

"Sabah"ın qapıçısı 2-ci Liqa klubuna qoşulmağa yaxındır

22:17

Paraqvaylı hücumçu İPL klubunu Braziliya təmsilçisinə dəyişdi - RƏSMİ

21:43

Cavid İmamverdiyev bu kluba keçir

21:18

Orxan Sadıqlı "Şəmkir"dən niyə ayrılıb? - SƏBƏB

20:46

"Qalatasaray" Barışın əvəzinə ''Bayern Münhen"in ulduzunu gətirir

20:18

PFL Azərbaycan Kubokunun finalı ilə bağlı qərarını qətiləşdirdi

19:57

Teves Argentina klubunun baş məşqçisi oldu - RƏSMİ

19:15

"Olimpik Lion" Liqa 2-yə göndərilməyəcək - RƏSMİ

18:44

Kim yatmış, kim oyaq? - MPL klublarının yay hazırlığı haqda yazı

18:20

"Araz-Naxçıvan" Türkiyə təmsilçisini 14 cavabsız qolla yendi

17:55

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:41

Kamal Quliyev keçmiş oyunçusunu özünə köməkçi götürdü

17:23

"Şamaxı" Səbayılla da vidalaşdı - RƏSMİ

17:05

''Beşiktaş''da ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

14:56

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

14:22

Muslera Argentina karyerasına məğlubiyyətlə başladı

14:04

"Liverpul"un ulduzu Bodrumda villa alıb

13:45

Azərbaycan millisi Avropa çempionatında növbəti mərhələyə yüksəldi

13:27

"Kəpəz"də növbəti ayrılıq - RƏSMİ

13:08

Riera Bakıya iddialı gəlir - "Yenidən qrup mərhələsində oynamaq istəyirik"

12:50

"İndiki durumda belə planlar qurmaq real deyil" - Vüqar Nadirov

12:31

''İnter''in hücumçusu ''Fənərbağça'' yolunda - Danışıqlar başladı

12:13

"Qalatasaray" ilə "Napoli" Osimhenlə bağlı razılığa gəldi - SON DURUM

11:54

"Dəyişişlik olsun deyə, evi söküb yenidən tikməyə ehtiyac yoxdur" - Vaqif Sadıqov "Sabah"ın oyununu dəyərləndirdi

11:35

"Araz-Naxçıvan"ın ÇL oyunlarının təqvimi bilindi

10:58

"Sele"nin "Sabah"la oyunlar üçün sifariş ərizəsi açıqlandı - SİYAHI

10:41

Cavid İmamverdiyev klubsuz qaldı

10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

Facebookdan bizi izləməyi unutmayın.
X