"Səbail" heyətini yeni legionerlə gücləndirib.
Fanat.Az xəbər verir ki, paytaxt klubu Portuqaliyanın "Lusitaniya" klubunda çıxış edən Dmitro Litvinlə anlaşıb.
Klub 27 yaşlı müdafiəçinin keçidini rəsmi saytı vasitəsilə elan edib. Onunla müqavilə Ərzurumda imzalanıb. Ukraynalı "dənizçilər"in heyətində 3 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Dmitro Litvin karyerası ərzində "Aveş", "Fafe", "Benfika" B, "Zarya"(Luqansk), "Olimpik" (Donetsk), "Akron" (Tolyatti), "SKA-Xabarovsk", "Klaksvik" klublarında oynayıb.