"Qarabağ" qapıçısı Luka Quqeşaşvili ilə yolları ayırıb.
Fanat.Az xəbər verir ki, Gürcüstan millisinin qolkiperi Yunanıstanın "Panserraikos" klubuna transfer olunub.
Bu barədə klubun saytı məlumat yayıb. O, Superliqa təmsilçisi ilə 2026-cı ilin iyununa kimi müqavilə imzalayıb.
Qeyd edək ki, 25 yaşlı qolkiper 2022-ci ildən "Qarabağ"da oynayırdı.