Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün ikinci yoxlama oyununda qüvvəsini saxlayıb.
Fanat.Az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda ikinci oyunda Çexiya yüksək liqa klubu "Viktoriya" (Plzen) ilə üz-üzə gəlib.
Ağdam təmsilçisi rəqibini 2:1 hesabı ilə məğlub edib. Günün ilk yarısında Almaniya "Kayzerslaurern"i ilə baş tutan oyundan (1:3) fərqli olaraq, "köhlən atlar" bu səfə əsas heyətlə mübarizə aparıb.
"Qarabağ" çexlərə 2:1 hesabı ilə qalib gəlib ki, hər iki qolu ilk yarıda Leandeo Andrade vurub.
Qeyd edək ki, "Qarabağ"ın Avstriyada 4 yoxlama oyunu keçirməsi nəzərdə tutulub. Sonrakı rəqiblər hələlik bəlli deyil.