"Kəpəz" heyətinə daha bir futbolçu cəlb edib.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, mərakeş əsilli ispaniyalı oyunçu Kərim Lkoça ilə 1+1 illik müqavilə imzalanıb.
24 yaşlı yarımmüdafiəçinin son klubu Andorra təmsilçisi "Santa Koloma" olub.
Qeyd edək ki, "Kəpəz" bu yay Elmir Tağıyev, Nicat Süleymanov və Paulo Rojerionu da heyətə cəlb edib.