"Neftçi" bu gün Ərzurumdakı təlim-məşq toplanışı çərçivəsində ilk sınaq mayçına çıxacaq.
Fanat.Az xəbər verir ki, Roman Qriqorçukun baş məşqçilik etdiyi komanda Türkiyə Super Liqa təmsilçilərindən olan “Alanyaspor”la qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Qeyd edək ki, bakılılar Ərzurumda daha 3 yoxlama oyunu keçirəcəklər.