Məşhur "Kelme" şirkəti artıq Azərbaycana da gəlib.
Fanat.Az-ın məlumatına görə, yenicə Qubaya köçən “Hypers Guba” futbol klubunun geyim sponsoru məhz İspaniya şirkəti olub.
Bu barədə məlumatı klubun prezidenti Ayaz Abdullayev özünün "Facebook" səhifəsində paylaşıb.
“Kelme” şirkəti Hypers Guba ilə 5 illik müqavilə bağlayıb.
Qeyd edək ki, sözügedən geyim şirkəti İspaniyada La Liqa komandalarından "Espanyol, Portuqaliyanın "Boavişta", İngiltərənin "Uotford", "Uildston", "Maydenhed Yunayted", Rusiyanın "Ural Yekaterinburq", "Fakel Voronej" və sair bu kimi futbol klublarına, həmçinin müxtəlif ölkələrin futbol federasiyalarına, bəzi voleybol, basketbol və futzal komandalarına geyim sponsorluğu edib.
Mirağa