Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün növbəti yoxlama oyununda qüvvəsini saxlayıb.
Fanat.Az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda hazırlıq çərçivəsində üçüncü, bu gün isə ilk oyunda Xorvatiya yüksək liqa klubu "Slaven" ilə üz-üzə gəlib.
Ağdam təmsilçisi rəqibini 1:0 hesabı ilə məğlub edib. Yeganə qolu bu yay İsveç "Yurqorden"indən ayrılaraq "Qarabağ"a dönən Musa Qurbanlı vurub.
Ölkə çempionu oyuna bu heyətlə başlayıb: Sadiq Məmmədzadə, Abbas Hüseynov, Bədavi Hüseynov, Elvin Cəfərquliyev, Mateus Silva, Aleksey İsayev, Patrix Andrade, Nəriman Axundzadə, Hamidu Keyta, Redon Çiça, Musa Qurbanlı.
Qeyd edək ki, bu gün daha bir sınaq matçı keçirəcək ""köhlən atlar" bu dəfə Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Şabab" komandası ilə qarşılaşacaq. Oyun saat 19:00-da başlayacaq
"Qarabağ" əvvəlki yoxlama oyunlarında Çexiya "Viktoriya Vlzen"inə 2:1 hesabı ilə qalib gəlib, Almaniya "Kayzerslautern"inə 1:3 uduzub.