Şerif"in (Moldova) baş məşqçisi Yuri Qura UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Zirə" ilə Bakıda keçiriləcək oyundan öncə təşkil edilən mətbuat konfransına qatılıb.
Fanat.Az xəbər verir ki, ukraynalı mütəxəssis belə danışıb
"Desəm ki, "Zirə" ilə düşdüyümüz üçün qorxurduq, yalan olar. Evdə oynadıq və uduzduq. Sabah vəziyyəti dəyişmək şansımız var.
"Neftçi"nin baş məşqçisi Roman Qiqorçukla "Zirə" barədə danışmamışıq. Mənə dedilər ki, məşğuldur, narahat etmək istəmədim. Əvvəl Azərbaycanda oynamış (Allaş bu yay aşağı liqaya düşən "Qəbələ"dən ayrılıb - red.) futbolçumuz Əyyub Allaşla söhbət etmişik.
Rəşad Sadıqovu yaxşı tanıyıram. Köməkçim onunla Türkiyədə oynayıb. Rəqibi və baş məşqçisini təhlil etmişik.
Komandamızda kifayət qədər moldovalı futbolçu var. Sadəcə, yarışın statusu fərqlidir deyə, Avropa səviyyəli fitbolçulara üstünlük vermək qərarına gəlmişəm".
Qeyd edək ki, "Zirə" və "Şerif" arasında cavab matçı iyulun 18-də, saat 20:00-da "Dalğa Arena"da baş tutacaq. Moldovada gerçəkləşən ilk görüşdə Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda 1:0 hesablı qələbə qazanıb.