"Qarabağ” – “Linkoln” (Cəbəllütariq) görüşünün hakimləri dəyişdirilib.
Fanat.Az xəbər verir ki, UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Bakıda baş tutacaq matçı Danimarkadan olan ədalət təmsilçiləri idarə edəcək.
Baş hakim Yakob Sandberqə Deniz Yurdakul və Viktor Skitte kömək edəcəklər. Dördüncü hakim funksiyasını Yakob Karlsen yerinə yetirəcək. Yonas Hansen VAR hakimi, Yens Maae isə onun köməkçisi olacaq.
Qeyd edək ki, bundan əvvəl oyuna ukraynalı hakimlər təyinat almışdı. Cavab qarşılaşması iyulun 30-da Tofiq Bərhamov adına Respublika stadionunda saat 20:00-da başlayacaq.