"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Zaqreb "Dinamo"su ilə oyundan - UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçından (0:2) sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, 52 yaşlı çalışdırıcı belə danışıb:
"Məğlubiyyətə görə üzgünük. Futbolçularımın əziyyət çəkdilər. Azarkeşlərimizə də öz təşəkkürlərimi bildirmək istəyirəm. Sonadək bizi qələbəyə səslədilər. Fərqlənmək üçün bir neçə imkanımız oldu. Təəssüf ki, qol vura bilmədik. Komandada çatışmazlıqlar var və çalışacağıq ki, bunları aradan qaldıraq. "Dinamo" 2 oyunda 5 qol vurub. Məncə, əlavə nəsə deməyə ehtiyac yoxdur".
Qeyd edək ki, Zaqrebdə baş tutan ilk matçda "Dinamo" 3:0 hesablı qələbə qazanmışdı.