"Nürnberq"ə keçidi rəsmiləşən Azərbaycan millisinin hücumçudu Mahir Emreli klubun rəsmi saytına açıqlama verib.
Fanat.Az-ın məlumatına görə, o, belə danışıb:
"Şüurlu şəkildə bu ölkəyə köçməyə qərar verdim. Ərazi ilə tanış olmuşam. Bu, məndə
xoş təəssürat oyatdı. Tez sağalmağım üçün klubda hər cür şərait var. "Nürnberq"də oynayacağım anı səbirsizliklə gözləyirəm. Meydana mümkün qədər tez qayıtmaq üçün bacardığımı edəcəm".
Qeyd edək ki, 27 yaşlı Emreli II Bundesliqa təmsilçisi ilə 1 illik müqaviləibağlayıb. Onun sözləşməsinin müddəti mövsümün sonunda artırıla bilər.