Almaniyanın “Nürnberq” klubunun baş məşqçisi Miroslav Kloze Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin heyətə cəlb edilməsinə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, "Bild" onun sözlərini belə çatdırıb:
Mütəxəssis 27 yaşlı hücumçu haqqında müsbət fikirlər səsləndirib: "Sözün əsl mənasında yaxşı futbolçu qazandıq. Mahirin yaxşı təcrübəsi var. O, 2-ci Bundesliqada mübarizə aparacaq gücdədir. Əla zərbələri var. Topla yaxşı davrana, yaxşı qaça bilir. Həm də meydanı görmək bacarığı qaydasındadır, boşluqları hiss edir".
Qeyd edək ki, Emreli “Nürnberq” ilə 1+1 illik müqavilə bağlayıb.