"Neftçi"dən ayrılan Eddi İsrafilovun yeni klubu müəyyənləşib.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin 32 yaşlı yarımmüdafiəçisi karyerasını Malayziyanın "Cohor Darul Takzim" klubunda davam etdirəcək.
Malayziyanın yüksək liqasını təmsil edən klub Eddi ilə 1 illik müqavilə imzalandığını açıqlayıb.
Qeyd edək ki, Eddi İsrafilov 2022-2024-cü illərdə "Neftçi"də çıxış edib. O, bakılıların heyətində 71 rəsmi matça çıxaraq 7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.