Bu gün "Şamaxı” klubu yoxlama oyununda "Zaqatala" ilə üz-üzə gəlib.
Fanat.Az xəbər verir ki, görüş Premyer Liqa təmsilçisinin 5:0 hesablı qələbəsi ilə bitib.
"Şamaxı"nın qollarını Belajdi Pusi (2), Brahim Konate (2) və Conatan Benteke vurub.
Qeyd edək ki, "Şamaxı"nın Azərbaycan Premyer Liqasının III turunda keçirilməli olan "Qarabağ"la oyunu təxirə salınıb.