Misli Premyer Liqasının 3-cü turunda səfərdə "Sumqayıt"a uduzan (2:1) "Səbail"in baş məşqçisi Şahin Diniyev oyundan sonra təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, o, belə danışıb:
"Belə oyundan sonra danışmaq çətindir. Oyun dramatik alındı. Heç-heçə ədalətli nəticə olardı. 1 xala layiq idik. Birinci hissədə çox sayda qol imkanını qaçırdıq. Bəzi futbolçular təlim-məşq toplanışı keçməyiblər. Yorğunluğa görə 5 əvəzetməyə məcbur olduq. Buna görə də oyunun tempi bir az düşdü. Sonda konsentrasiyanı itirdik. Cərimə meydançasında rəqib oyunçunu heç kim qarşılamadı. İki bəsit qol buraxdıq. Məğlubiyyətə layiq deyildik. Yeni komandamız var. Səhvləri minimuma endirmək üçün çalışacağıq".