“Zirə” ilə “Qarabağ” avrokubokların play-off mərhələsinə yüksəldiyinə görə bu tur onların iştirakı ilə keçirilməli olan oyunlar təxirə salındı. Belədə Misli Premyer Liqasının III turunda cəmi 3 oyun baş tutdu. Məğlubiyyətsiz irəliləyən “Turan Tovuz” bu fürsəti dəyərləndirib liderliyə yüksəldi.
“Kəpəz” – “Turan Tovuz” 0:3
Qollar: Xəyal Nəcəfov, 15. Roderik Miller, 19. Kristian da Silva, 61
"Kəpəz": 22. Məmməd Hüseynov, 2. İlkin Qırtımov, 7. Ehtiram Şahverdiyev, 99. Əli Səmədov, 6. Nemət Musayev, 17. Ümid Səmədov, 15. Cavad Kərimov, 78. Yahor Xvalko (k), 10. Kərim Lkuça, 19. Lassana Ndiaye, 77. Viktor Braqa.
Ehtiyat oyunçular: 1. Rojerio Santos, 18. Elgün Bayramov, 3. Vurğun Hüseynov, 11. Orxan Əliyev, 20. Mahir Həsənov, 66. Arzu Atakişiyev, 44. Nihat Fərəci.
Baş məşqçi: Adil Şükürov.
"Turan Tovuz": 1. İvan Konovalov, 4. Şəhriyar Əliyev (k), 10. Xəyal Nəcəfov, 8. Tural Bayramlı, 88. Faiq Hacıyev, 9. Kristian da Silva, 5. Roderik Miller, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 25. Denis Marandiçi, 80. Otto Con.
Ehtiyat oyunçular: 41. Sergey Samok, 71. Mehman Hacıyev, 39. Sadiq Quliyev, 33. Eltun Turabov, 7. İsmayıl Zülfüqarlı, 44. Rüfət Əhmədov, 77. Veysəl Rzayev, 70. Məzahir Məmmədzadə, 20. İbrahim Ramazanov, 6. Araş Qaderi, 11. Ayxan Quseynov, 21. Aleks Souza.
Baş məşqçi: Kurban Berdıyev.
Kurban Berdıyevin “maşını” hələlik qüsursuz irəliləyir. Qərblilər bu tur qonşu Gəncənin təmsilçisi “Kəpəz”i böyük hesabla məğlub etdilər. “Kəpəz” nominal meydan sahibi kimi çıxış etdiyi qarşılaşmada 0:3 hesablı məğlubiyyətlə barışmalı oldu. Bu məğlubiyyət özü də Gəncə təmsilçisinin hazırda hansı səviyyədə olduğundan xəbər verir. Ötən mövsüm sürpriz şəkildə “Qəbələ”ni qabaqlaayaraq elitadakı yerini qoruyan “Kəpəz”in bu dəfə həmin uğuru təkrarlaması çətin olacaq. Bu gedişlə Adil Şükürovun da postundan uzun müddət davam gətirəcəyi inandırıcı deyil.
Tovuzdakı oyunda hər şey ilk 20 dəqiqə ərzində həll olundu. 15-ci dəqiqədə Xəyal Nəcəfov evdə qonaq kimi oynayan “Turan Tovuz”u hesabda önə çıxardı. 4 dəqiqə sonra isə Miller tovuzluların üstünlüyünü artırdı. Bundan sonra çətin ki, kimsə “Kəpəz”in gedişatı dəyişəcəyinə inanardı. 61-ci dəqiqədə Kristian hesabı bir qədər də artırdı. “Kəpəz” sona qədər qollardan heç olmasa birinin əvəzini çıxmağa çalışsa da, bu mümkün olmadı. Qeyd edək ki, “Turan Tovuz” keçirdiyi üç oyunun hamısında qapısını toxunulmaz saxlamağı bacarıb. “Kəpəz” isə əksinə, qol vurmağa həsrətdir. Elə komandaların turnir cədvəlindəki yeri də buna mütənasibdir. “Turan Tovuz” 7 xalla lider, xalsız “Kəpəz” isə sonuncudur.
“Sumqayıt” – “Səbail" 2:1
Qollar: Kamran Quliyev, 87. Kehat, 90+2 - Alluş, 89
"Sumqayıt": 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 10. Rəhim Sadıxov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 3. Slaviça Radoviç, 11. Fernando Da Silva, 9. Nikola Vuynoviç, 23. Cordan Rezabala
Ehtiyat oyunçular: 36. Xəyal Fərzullayev, 56. Aftandil Arixov, 30. Kamran Quliyev, 7. Rövlan Muradov, 41. Uğur Cahangirov, 21. Nihad Əhmədzadə, 24. Sənan Muradlı, 60. Tresor Mossi
Baş məşqçi: Samir Abasov
"Səbail": 1. Hüseynəli Quliyev, 77. Fərid Nəbiyev, 15. Vüsal Məsimov, 20. Mert Çelik, 11. Rüfət Abdullazadə (K), 8. Qorka Laruçça, 44. Amir Bilali, 3. Dmitro Litvin, 7. Madi Queta, 5. Gitay Sofir, 21. Ayman Bouali
Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə, 6. Cabir Əmirli, 74. Yusif Nəbiyev, 18. Süleyman Əhmədov, 83. Nihad Quliyev, 19. Samir Abdullayev, 17. Gülağa Əsədov, 16. Emin Rüstəmov, 25. Nicat Məmmədzadə, 14. Suleyman Alluş
Baş məşqçi: Şahin Diniyev
Sumqayıtdakı oyunda bütün qollar son dəqiqələrdə vuruldu. Tərəflər bu qarşılaşmaya fərqli əhval-ruhiyyədə çıxdıqlarından yanaşma da fərqli idi. Ötən tur “Neftçi”ni büdrədən “Səbail” üçün Sumqayıtdan bir xalla dönmək də uğur sayılacaqdı. Tovuz səfərindən məğlub dönən Samir Abasovun komandası isə doğma azarkeşlərin önündə qələbə qazanmaq fikrində idi. Buna baxmayaraq, uzun müddət hər iki tərəf ehtiyatlı oynadı. Meydan sahiblərinin nisbi üstünlüyü hiss olunsa da, 87-ci dəqiqəyə qədər qol izləmədik. Məhz bu dəqiqədə Kamran Quliyev qapıçının səhvindən yararlanıb hesabı açdı. İki dəqiqə sonra Alluş qüvvətli zərbə ilə “Sumqayıt”ı məyus etdi. Bu qolda da qapıçı Mehdi Cənnətovun “əməyini” qeyd etməliyik. Amma bu qol da sonuncu olmadı. Kehat fərdi ustalıq nümayiş etdirib əlavə olunmuş dəqiqələrdə “Sumqayıt”ın qələbə qolunu vurmağı bacardı.
2:1 hesablı qələbə sayəsində 6 xal toplayan “Sumqayıt” 4-cü pillədən möhkəmlənməyi bacardı. “Səbail” isə topladığı 1 xal sayəsində yalnız “Kəpəz”i qabaqlayır və 9-cu yerdədir.
“Neftçi” – “Sabah” 0:2
Qollar: Amin Seydiyev, 55. Mikels, 76.
“Neftçi”: 93. Rza Cəfərov, 8. Emin Mahmudov (k), 3. Höccət Haqverdi, 90. Ramil Şeydayev, 14. Edvin Kuç, 4. Mark Tamaş, 6. Rafael Quzzo, 44. Yuri Matias, 23. Robert Bauer, 11. Kilan Lebon, 88. Andrey Ştoqrin
Ehtiyat oyunçular: 1. Emil Balayev, 30. Rüstəm Samiqullin, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 7. Azər Əliyev, 13. Emil Səfərov, 91. Ağadadaş Salyanski, 47. Murad Məmmədov, 9. Andre Şinyaşiki, 20. Alfa Konte, 77. Yeqor Boqomolski
Baş məşqçi: Roman Qriqorçuk
“Sabah”: 1. Yusif İmanov, 10. Namik Ələskərov, 4. Elvin Camalov (k), 2. Amin Seydiyev, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 44. Sofian Çakla, 18. Pavol Safranko, 70. Cesse Sekidika, 3. Con İrasabal, 13. İvan Lepiniça
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıye, 94. Rəvan Mirzəmmədov, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 5. Rəhman Daşdəmirov, 77. Şakir Seyidov, 21. İldar Alekperov, 22. Abdulla Rzayev, 33. Camal Cəfərov, 88. Xəyal Əliyev, 40. İqor Noqeyra, 99. Neqoş Kupusoviç
Baş məşqçi: Krunoslav Renduliç
“Neftçi”dəki böhran davam edir. 3 oyunda cəmi bir qol vurmağı bacaran “ağ-qaralar” qələbəyə də həsrət qalıb. “Sabah”ın bu görüş öncəsi fiziki cəhətdən yorğunluğu və komandanın avrokuboklarda uğursuzluqla üzləşməsi “Neftçi”nin şanslarını artırırdı. Amma Zirədə baş tutan qarşılaşmada sevinən tərəf elə “Sabah” oldu. Məzmunsuz və “dişsiz” oynayan “Neftçi” layiq olduğu məğlubiyyəti də aldı. İlk hissədə hesab açılmasa da, “Sabah” daha yaxşı görünürdü. Oyundakı üstünlük sonda nəticədə də əksini tapdı. Amin Seydiyev 65-ci dəqiqədə yerinə yetirilən künc zərbəsindən sonra qüvvətli zərbə ilə hesabı açdı. Cavab qolu vurmaq üçün irəli atılan “Neftçi”ni 76-cı dəqiqədə Mikels daha bir dəfə cəzalandırdı. Bu qolların əvəzini çıxmaq mümkün olmayınca “Sabah” 2:0 hesablı qələbəyə sevindi.
Xalını 4-ə çatdıran “Sabah” 5-ci sıradadır və liderlərdən çox da uzaqlaşmayıb. Cəmi iki xalı olan “Neftçi” isə 7-ci sırada qərarlaşıb.
Amal Abuşov