09:00 26.08.2024 704

“Qarabağ”dan gözlənilməz məğlubiyyət, “Neftçi” qələbəyə həsrət qalıb – Tura baxış

Misli Premyer Liqasının IV turu sürprizlərlə yadda qaldı. “Qarabağ”la “Zirə” doğma meydanda məğlubiyyətlə barışdısa, “Neftçi” son saniyələrdə vurduğu qol sayəsində yenilgidən qurtula bildi. “Kəpəz”in fiaskosu bu tur da davam etdi. Gəncəlilər xala və qola həsrət qalıblar.

“Səbail” – “Kəpəz” 4:0 
Qollar:
Fərid Nəbiyev, 12. Sofir, 34. Bouali, 49. Alluş, 52.
"Səbail": 1. Hüseynəli Quliyev, 8. Qorka Laruçça, 44. Amir Bilali, 3. Dmitro Litvin, 74. Yusif Nəbiyev (k), 77. Fərid Nəbiyev, 5. Gitay Sofir, 21. Ayman Bouali, 20. Mert Çelik, 11. Rüfət Abdullazadə, 14. Suleyman Alluş
Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə, 10. Qomis David, 6. Cabir Əmirli, 7. Madi Queta, 18. Süleyman Əhmədov, 15. Vüsal Məsimov, 83. Nihad Quliyev, 19. Samir Abdullayev, 17. Gülağa Əsədov, 16. Emin Rüstəmov
Baş məşqçi: Şahin Diniyev
"Kəpəz": 22. Məmməd Hüseynov, 2. İlkin Qırtımov, 11. Orxan Əliyev, 7. Ehtiram Şahverdiyev, 78. Yeqor Kvalko (k), 8. Elmir Tağıyev, 10. Karim Lkouça, 19. Lassana Ndiaye, 88. Keverton Markolino, 77. Viktor Braqa, 17. Ümid Səmədov
Ehtiyat oyunçular: 18. Elgün Bayramov, 3. Vurğun Hüseynov, 99. Əli Səmədov, 28. Redon Mihana, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 15. Cavad Kərimov, 66. Arzu Atakişiyev, 44. Nihat Fərəci
Baş məşqçi: Adil Şükürov.

Hadisələrin gedişatını qabaqlamaq istəməzdik. Amma ötən turlar ərzində sərgilənən oyun və qeydə alınan nəticələr göstərir ki, “Kəpəz” üçün bu mövsüm çox çətin keçəcək. “Sarı-göylər”in mövsümün sonuna qədər sonuncu pillədən qurtulması belə müşkül məsələdir. 4 tur ərzində “Kəpəz” nəinki xal qazanmağı, heç qol vurmağı da bacarmayıb.
“Səbail” də bu görüşə qədər qələbə qazanmamışdı. Şahin Diniyevin çalışdırdığı komanda “Kəpəz”in qapısına 4 cavabsız top vurmaqla böyük hesablı qələbə qazandı. Bununla da “dənizçilər” bir qədər rahat nəfəs almış oldular. İkinci hissənin gedişatındakı əvəzetmələr olmasaydı, hesab daha da böyük ola bilərdi. Bu hesab həm də onu göstərdi ki, Diniyevin komandasının potensialı var. Qalır gələn turlarda bu potensialdan daha yaxşı istifadə edib, turnir cədvəlində irəliləmək. Qeyd edək ki, “Səbail” “Neftçi”yə qarşı da yaxşı oyun sərgiləmiş, həmin görüşdən də 1 xalla ayrılmışdı. Aktivində 4 xal olan Bayıl təmsilçisi 6-cı pillədə yer alıbsa, xalsız qalan “Kəpəz” sonuncudur.

Qarabağ – Turan Tovuz 0:1
Qol: Otto Con, 18-pen.
Otto Con 90+4-cü dəqiqədə penaltidən yaralana bilməyib 
"Qarabağ": 99. Mateuş Koxalski, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov (k), 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 81. Kevin Medina, 17. Hamidu Keyta, 19. Redon Cica, 15. Leandro Andrade
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 12. Sadiq Məmmədzadə , 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 22. Musa Qurbanlı, 10. Abdullah Zubir, 66. Patrik Andrade, 7. Yassin Beniza, 18. Olavio Juninyo, 2. Mateus Silva, 6. Julio Romao, 11. Emmanuel Addai
Baş məşqçi: Qurban Qurbanov
"Turan Tovuz": 1. İvan Konovalov, 4. Şəhriyar Əliyev (k), 10. Xəyal Nəcəfov, 8. Tural Bayramlı, 88. Faiq Hacıyev, 5. Roderik Miller, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 25. Denis Marandiçi, 80. Otto Con, 21. Aleks Souza
Ehtiyat oyunçular: 71. Mehman Hacıyev, 41. Sergey Samok, 39. Sadiq Quliyev, 33. Eltun Turabov, 7. İsmayıl Zülfüqarlı, 13. Fərid Yusifli, 44. Rüfət Əhmədov, 99. Sadiq Şəfiyev, 70. Məzahir Məmmədzadə, 20. İbrahim Ramazanov, 22. Nahid Əliyev, 11. Ayxan Quseynov
Baş məşqçi: Kurban Berdiyev

Kurban Berdiyevin “əl işi” özünü “Turan Tovuz”da aydın şəkildə göstərməkdədir. Qərb təmsilçisi 4 turdan sonra məğlubiyyətsiz irəliləyir və turnir cədvəlinin vahid lideridir. Onun komandası heç qapısından qol da buraxmayıb. “Qarabağ”la görüşün taleyini isə Otto Con təkbaşına həll etdi. 18-ci dəqqiədə penaltini dəqiq yerinə yetirən hücumçu oyunun sonlarında daha bir fürsəti boşa verdi. Bununla belə “Turan Tovuz” vacib 3 xalı qazanmağı bacardı. Əsasən “Dinamo” ilə oyunu fikirləşən “Qarabağ” doğma meydanda məğlubiyyətlə barışmalı oldu. Ədalət naminə qonaq komandanın müdafiədə çox diqqətli oynadığını və layiqli qələbə qazandığını qeyd etməliyik. 10 xallı “Turan Tovuz” turnir cədvəlinin 1-ci pilləsində möhkəmlənib və hamıya yuxarıdan aşağı baxır. Keçirdiyi 3 oyundan 6 xal toplayan “Qarabağ” isə 3-cü sıradadır.

Araz-Naxçıvan – Neftçi 1:1
Qollar: Ömər Buludov, 16 - Ramil Şeydayev, 90+4
"Araz-Naxçıvan": 12. Kristian Avram, 34. Urfan Abbasov, 3. Bəxtiyar Həsənalızadə, 6. Vadim Abdullayev (k), 26. Ömər Buludov, 16. Ramon Maçado, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 97. Felipe Santos
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 1. Vüsal Şabanov, 2. Slavik Alxasov, 7. Ülvü İsgəndərov, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 24. Mustafa Əhmədzadə, 10. Bernardo Dias
Baş məşqçi: Elmar Baxşıyev
“Neftçi”: 93. Rza Cəfərov, 10. Filip Ozobiç, 19. Azər Salahlı  90. Ramil Şeydayev (k), 14. Edvin Kuç, 6. Rafael Quzzo, 99. Ervin Koffi, 44. Yuri Matias, 23. Robert Bauer, 11. Kilan Lebon, 88. Andrey Ştoqrin
Ehtiyat oyunçular: 1. Emil Balayev, 30. Rustam Samiqullin, 8. Emin Mahmudov, 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev, 7. Azər Əliyev,13. Emil Səfərov, 4. Mark Tamaş, 24.Mustafa Seki, 9. Andre Şinyaşiki, 20. Alfa Konte, 77. Yeqor Boqomolski
Baş məşqçi: Roman Qriqorçuk

“Neftçi” qələbə üzünə həsrət qalıb. “Ağ-qaralar” bu dəfə “Araz Naxçıvan”la oyunda xal itirdilər. Özü də ölkənin ən qocaman klubu məğlubiyyətdən son saniyələrdə qurtuldu. Ramil Şeydayevin vurduğu qol “feyr-pley”lə bağlı müəyyən söz-söhbətlərə yol açsa da, yekun nəticəni məhz bu qol müəyyənləşdirdi. Buna qədərsə Ömər Buludov keçmiş komandasını cəzalandırmışdı. Rəqibin cərimə meydançasında nəzarətsiz qalan müdafiəçi 16-cı dəqiqədə gözəl zərbə ilə “Neftçi”ni məyus etməyi bacardı. “Neftçi”nin xaotik oyunu qoldan sonra da davam etdi, qonaqlar heç cürə toparlana bilmədilər. Belədə xal itkisi də normal sayılmalıdır. “Araz Naxçıvan” isə özünə doğma sayılan Mərdəkandakı arenada növbəti xalını qazandı. 4 xalı olan Muxtar Respublika təmsilçisi 8-ci yerdə qərarlaşıbsa, 3 xallı “Neftçi” ondan bir pillə geri qalır.

“Sabah” – “Sumqayıt” 3:1 
Qollar:
Namik Ələskərov, 43. Safranko, 53. Sekidika, 77 -  Fernando Da Silva, 12.
"Sabah”: 1. Yusif İmanov, 10. Namik Ələskərov, 4. Elvin Camalov (k), 2. Amin Seydiyev, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 44. Sofian Çakla, 18. Pavol Safranko, 70. Cesse Sekidika, 3. Con İrasabal, 13. İvan Lepiniça
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 94. Rəvan Mirzəmmədov, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 5. Rəhman Daşdəmirov, 77. Şakir Seyidov, 21. İldar Alekperov, 22. Abdulla Rzayev, 33. Camal Cəfərov, 88. Xəyal Əliyev, 40. İqor Noqeyra, 99. Neqoş Kupusoviç
Baş məşqçi: Krunoslav Renduliç
"Sumqayıt”: 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 10. Rəhim Sadıxov, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 3. Slaviça Radoviç, 11. Fernando Da Silva, 9. Nikola Vuynoviç, 23. Cordan Rezabala
Ehtiyat oyunçular: 36. Xəyal Fərzullayev, 56. Aftandil Arixov, 2. Sertan Taşkın, 30. Kamran Quliyev, 41. Uğur Cahangirov, 21. Nihad Əhmədzadə, 24. Sənan Muradlı, 60. Tresor Mossi
Baş məşqçi: Samir Abasov

“Sumqayıt” Masazırda hesabı açsa da, onu qoruya bilmədi. “Sabah” səviyyə fərqini ortaya qoymağı və hesabı öz xeyrinə dəyişdirməyi bacardı. 12-ci dəqiqədə Da Silva uzun reyddən sonra “Sabah”ı məyus etdi. Namik Ələsgərov fasiləyə qədər tablodakı rəqəmləri qoşalaşdırmağı bacardı. Safranko və Sekidika isə ikinci hissədə “Sabah”a qələbə gətirən qollara imza atdılar. 3:1 hesablı qələbə sayəsində “Sabah” xalını 7-ə çatdırdı və ikinci pilləyə yüksəldi. “Sumqayıt” isə 5-ci sırada yer alır, komandanın aktivində 6 xal var.

“Zirə” – “Şamaxı” 0:1 
Qol:
Leroy Mikels, 16.
“Zirə”: 13. Aydın Bayramov, 7. Məqsəd İsayev, 16. Fuad Bayramov, 14. Elçin Əlicanov, 11. Rüstəm Əhmədzadə, 29. Ceyhun Nuriyev, 5. Stefan Aka (k), 3. Ange Mutsinzi, 28. Abbas İbrahim, 18. Martins Junior, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 97. Tiaqo Silva, 41. Anar Nəzirov, 99. Səlim Həşimov, 32. Qismət Alıyev, 91. Murad Ələkbərov, 4. Ruan Renato, 90. Davit Volkov, 10. Giorgi Papunaşvili, 23. Rafael Utziq, 15. Pyer Zebli, 6. Eldar Quliyev
Baş məşqçi: Rəşad Sadıqov
“Şamaxı”: 1. Rikardo Fernandes, 4. Adil Nağıyev (k), 8. İlkin Muradov, 22. Qurban Səfərov, 82. Rüfət Abbasov, 32. Vasiliye Radenoviç, 20. Leroy Mikels, 93. Brahim Konate, 7. Giorgi Kantariya, 9. Belajdi Pusi, 66. Vasiliye Bakiç
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 62. Abdulla Seydəhmədov, 60. Səbayıl Bağırov, 10. Emin Zamanov, 17. Rafael Məhərrəmli, 80. Zahid Mərdanov, 5. Arsen Ağcabəyov, 97. Elşad Tağıyev,6. Rauf Rüstəmli, 24. Edqar Adilxanov, 19. Fəxri Məmmədli, 11. Conatan Benteke
Baş məşqçi: Ayxan Abbasov

“Zirə” “Ominiya” ilə oyundakı ağır məğlubiyyətin təsirindən qurtula bilməyib. Rəşad Sadıqov ağır qrafikdən əziyyət çəkən bir sıra aparıcı futbolçulara istirahət hüququ vermişdi. Elə buna görə də qonaq “Şamaxı” ilk dəqiqələrdən təşəbbüsü ələ alaraq qol vura bildi. Mikels 16-cı dəqiqədə qol duyumunu və yaxşı zərbə vurmaq bacarığını göstərdi. Cavab topunu vurmaq üçün yetərincə vaxt olsa da, “Zirə” bunu bacarmadı. Əvəzetmədən meydana çıxan Volkov “Şamaxı”nın qapı torunu silkələsə də, VAR oyundan kənar vəziyyət qeydə aldı. Beləlikə “Zirə” bu tur xalsız qaldı. Azarkeşlərini qələbəylə sevindirən “Şamaxı” 4-cü xalını qazandı və 7-ci sıranı özəlləşdirdi. “Zirə” isə 6 xalla 4-cü sıradadır. Qəsəbə təmsilçisinin bir oyununun təxirə salındığını da xatırladaq.

Amal Abuşov

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

14 May 2025
20:19

"Real" 24 dəqiqə meydanın bizə aid olan hissəsində topa toxuna bilməmişdi" - Flik

19:48

Azərbaycan millisinin DÇ-2026-ya başlayacağı arena müəyyənləşdi

19:11

Maxaçev yarım orta çəkidə titul qazanmaq üçün kəmərindən keçdi

18:51

Ulduz futbolçunun atası meydanda döyüldü - FOTOLAR

18:10

Millimizin Ukrayna yığması ilə matçının yeri bilindi

17:47

"Xankəndi" yarımfinalın ilk oyununda darmadağına sevindi

17:28

Fabreqas qalacaq, rəhbərlik transferlərə milyonlar ayıracaq - MƏBLƏĞ

17:10

"Real"ın qapıçısı zədələndi - RƏSMİ

16:53

"Sampdoriya" tarixində ilk dəfə bu aqibəti yaşadı

16:35

"Atalanta" rəhbərliyi Qasperinini saxlaya biləcəkmi? - SON DURUM

16:17

Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verildi

15:58

"Bayer Leverkuzen" Xabi Alonsonu kiminlə əvəzləyəcəyinə qərar verdi

15:39

Premyer Liqa klubunun hücumçusu yenidən komaya düşdü

15:20

"Şalke" Kariusla bağlı qərarını verdi - SON DURUM

15:01

Azərbaycan millisi Avropa Kubokunda mübarizə aparacaq

14:42

"Sabah"ın 10 yaşlıları beynəlxalq turnirə yollandı

14:23

Zeedorf İran klubunda - Məşhur həmyerlisini də yanına aparır

14:05

"Qarabağ"ın mükafatlandırılacağı tarix bilindi

13:46

"Maddi gəlir artdıqca yerlilərin əksəriyyəti rahatlaşır" - 2007/2008 mövsümünün bombardiri səbəbləri açıqladı

13:28

AFFA "Kəpəz"lə "Sumqayıt"a 9200 manat cərimə kəsdi

13:09

Ter Ştegen "1 nömrə" statusunu itirdi

12:50

"Yuventus"un müdafiəçisi üçün mövsüm bitdi

12:32

Bu mövsüm İPL-də Palmer kimisi olmayıb

12:14

"Milan" "Mançester Siti"dən icarəyə götürdüyü Uokeri saxlayacaqmı? - Dəqiqləşdi

11:56

Kriştianu Ronaldu Avropaya qayıtmaq istəyir - Yeni klubu açıqlandı

11:38

"Napoli" Sudakovun klubuna rəsmi təklif göndərdi - MƏBLƏĞ

11:20

20 yaşlı futbolçu İspaniya nəhənginə keçməyə yaxındır - SON DURUM

11:02

"Kəpəz"in İdarə Heyətinin yeni sədri Redniklə bağlı məsələyə aydınlıq gətirdi - MÜSAHİBƏ

10:50

"Brayton" rəhbərliyi 39 yaşlı Milnerlə bağlı qərarını verdi

10:33

İPL klubunun komaya düşən hücumçusunun son vəziyyəti nə yerdədir?

10:16

Rahil Məmmədov Polşa klubundan ayrıldı

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:12

ABL: Bu gün final seriyasının 6-cı oyunu keçiriləcək

01:33

İspaniya La Liqası: Startda bütün oyunların taleyini 1 qol həll etdi

13 May 2025
23:46

"Beşiktaş"ın ulduzu sıradan çıxdı

23:15

Babayev Hakimlər Komitəsinə üzv seçildi

22:44

“Neftçi”nin sonuncu ev oyununun biletləri satışda!

22:17

Ançelotti Kakanı Braziliya millisinə dəvət etdi - SON DURUM

21:50

Serxio Ramos baş məşqçisiz qaldı

21:09

I Liqa: XXVI turun təyinatları açıqlandı

Facebookdan bizi izləməyi unutmayın.
X