"Dinamo"nun (Zaqreb) futbolçusu Martin Baturina "Qarabağ"a qarşı keçirəcəkləri matçdan - Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan öncə fikirlərini bölüşüb.
Fanat.Az-ın məlumatına görə, Bakıya səfər zamanı jurnalistlərə açıqlama verən 21 yaşlı yarımmüdafiəçi belə danışıb:
"Rəqib çox yaxşı komandadır. Bəlkə də ilk oyunun nəticəsi reallığı əks etdirmir. İlk matçda yaratdığımız vəziyyətlərdən istifadə etdik. Buna görə şadam. Mən də qol vura bilərdim. Biz yalnız qalib gəlmək haqqında düşünürük".
Qeyd edək ki, avqustun 20-də Zaqrebdəki "Maksimir" stadionunda baş tutan "Dinamo" - "Qarabağ" matçı meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Tərəflər arasında cavab görüşü avqustun 28-də, saat 20:45-də baş tutacaq.