Adı “Neftçi” ilə hallanan Dembo Darbo Qazaxıstanın “Ordabası” klubundan ayrılıb.
Fanat.Az xəbər verir ki, bu barədə Çimkənd təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Qambiya millisinin üzvü ilə icarə sözləşməsinə qarşılıqlı razılaşma əsasında xitam verilib. “Ordabası” qambiyalı hücumçuya təzminat ödəməyəcək.
Dembo müqavilə ilə Birləşmiş Ərəb Əmirliklərinin “Əl Nəsr” klubuna məxsusdur. Onun ərəblərlə sözləşməsi ilin sonuna kimidir.
26 yaşlı forvard “Ordabası”nın heyətində Qazaxıstan Premyer Liqasında 8 oyunda 3 qol vurub, 1 məhsuldar ötürmə edib.