17:37 04.09.2024 2495

"3:0 hesablı qələbə bizi aldatmamalıdır" - Aslan Kərimov İsveçlə oyundan nə gözləyir?

Azərbaycan millisi Millətlər Liqasının 1-ci turunda İsveçi qəbul edəcək. Ötən il noyabrın 16-da, AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində sözügedən Skandinaviya təmsilçisini 3:0 hesabı ilə məğlub etməyi bacaran yığmamızın Fernandu Santuşun rəhbərliyi altında ilk sınağından üzüağ çıxmasını hamımız arzulayırıq. Bəs görəsən sabiq çalışdırıcısı Canni de Byazi ilə darmadağın reallaşdıran seçmənin sabah futbolsevərləri sevindirmək şansı realdırmı? Suala cavab tapmaq üçün millinin sabiq yarımmüdafiəçisi, tanınmış futbol mütəxəssisi Aslan Kərimovla əlaqə saxladıq. 

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Onlar Bakıda 3:0 hesabı ilə yenənə qədər heç vaxt məğlub edə bilməmişdik. Amma digər tərəfdən, bu hesab bizi aldatmamalıdır. Çünki o vaxt İsveç millisinin qrupdan çıxmaq şansı yox idi. Bakıdakı oyuna aşağı motivasiya ilə çıxmışdılar. Budəfəki oyun çox çətin olacaq. Hazırda İsveç millisində nəsil dəyişkliyi dönəmidir. Yəni çox güclü deyillər və onlardan xal ala bilərik. Ancaq bir daha deyirəm, ötənilki oyun bizi aldatmamalıdır. Çox güman ki, yenə meydanda dominantlıq etməyə, topu özlərində saxlamağa çalışacaqlar. Sabah havanın necə olacağını bilmirəm. Amma bu da bir məqamdır. Hava isti olsa, onlara müəyyən uyğunlaşma problemi yarada bilər. 

Takriki prizmadan yanaşsaq, açığı, bilmirəm Santuş son toplanışda nələri dəyişib. Heyət baxımından da uzağı bir-iki yenilik ola bilər. Problem qapı ilə bağlı ola bilər. Şahruddin hələ də Azərbaycanda 1 nömrəli qapıçı sayılır. Onun yoxluğunda qapının kimə tapşırılacağı sual doğurur. İstər Mehdi Cənnətov olsun, istər Rza Cəfərov, istərsə də Yusif İmanov, hər üçü gəncdir. Daha doğrusu, Mehdi bir qədər təcrübəlidir, amma onun da qeyri-sabitliyi adamı bir qədər qorxudur. Tutaq ki, Yusif bəzən möhtəşəm toplar çıxarır, bəzən də elə səhvlərə yol verir ki...  "Neftçi"nin işləri yaxşı getmədiyindən Cəfərovun motivasiyasından əminliklə danışmaq olmur. Qalan digər oyunçularımız isə yaxşı formada ola bilərlər. "Qarabağ"ın və "Zirə"nin futbolçularında avrokubok matçlarına görə yorğunluq müşahidə edilməsi mümkündür.

Santuş yığmamıza yeni təyin edilib. Milli üzvlərinin özlərini yeni məşqçiyə göstərmək üçün böyük həvəslə mübarizə aparacaqlarına da şübhəm yoxdur. Ancaq bunun komandamızın uğur qazanmasına yetərli olub-olmayacağını söyləmək çətindir. Onun komandaya hansı üslubu aşılamağa çalışdığını, buna nə dərəcədə nail ola bildiyini müşahidə edəcəyik. Qələbə çətin görünür. Amma matçı bərabərliklə başa vura bilərik. Bu, mənim subyektiv fikrimdir". 

Nihat

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

13 İyun 2025
23:46

AÇ: Nəzrin medalını "tuş"la qazandı

23:23

Azərbaycanın 2 güləşcisi AÇ-nin finalında

23:11

Simeone klublararası dünya çempionatında nəyə ümid edir?

22:58

İmanol ərəblərdən cəlbedici təklif aldı - "Sevilya"ya "yox" deyə bilər

22:23

Arda Turan "Şaxtyor"un transfer planlarından danışdı

21:51

Çempion "Udineze"nin bombardirinin razılığını aldı - SON DURUM

21:20

Avropa çempionu olan Azərbaycan millisi mükafatlandırıldı

20:43

Qattuzo Buffonla görüşdü, təklifi qəbul etdi

20:21

"Neftçi"nin yeni bazasına nə vaxt köçəcəyi dəqiqləşdi

19:50

Azərbaycan yığması Lüksemburqa yenildi

19:18

UEFA Pro kursunun II mərhələsi Slovakiyada keçirilir

18:49

"Yuventus" Tudorla müqavilə yenilədi - RƏSMİ

18:16

"Kəpəz" Sloveniya klubu ilə əməkdaşlığa başladı

17:41

DÇ: Azərbaycan cüdoçuları ilk gündə uğur qazana bilmədilər

17:23

"Karvan"ın hazırlıq planı bilindi

17:06

"Real Madrid" növbəti transferini rəsmiləşdirdi

16:48

"Milan" "Brügge"nin yarımmüdafiəçisini alır - MƏBLƏĞ

16:30

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

16:17

Avarçəkmə üzrə açıq Bakı birinciliyi keçiriləcək

15:59

"Liverpul" "Bayer"i yola gətirdi - Virts bu qiymətə transfer olunacaq

15:41

"Şamaxı"da növbəti ayrılıq

15:23

"Sabah"ın fubolçusu əməliyyat olundu

15:05

"Karvan"ın məşqçilər korpusunda dəyişiklik - Debütant 2 tanınmış sima ilə anlaşdı

14:48

U-14 liqasına yekun vuruldu

14:31

Azərbaycan millisi DÇ-nin 1/8 finalında

14:14

"Hələ oyuna olan ehtiras və sevgim sönməyib" - Jordi Alba

13:56

Azərbaycanın tennis millisi “Davis Cup”a qələbə ilə başladı

13:38

Sabiq "Barselona"lı yenidən La Liqada oynayacaq

13:20

"Atletiko Madrid" "Milan"a rəsmi təklif göndərsə də...

13:02

Sanenin ardınca Neymar da Türkiyə yolunda - Təklif göndərildi

12:43

Markus Raşford yekun qərarını verdi

12:24

Çerçesov Polşa millisini çalışdıracaq? - Rusiyalı mümkün təyinatından danışdı

12:05

I Liqanın oyunlarını 64 min 595 tamaşaçı izləyib - SİYAHI

11:47

Tarixi klub adını dəyişdi

11:28

"Sevilya"nın yeni baş məşqçisinin kimliyinə aydınlıq gəldi - SON DURUM

11:10

Flik "Bayern"dən tanıdığı forvardı "Barselona"ya gətirir

10:52

Dünya çempionatı: Üç cüdoçumuz mübarizəyə başlayır

10:35

A Seriyasının qoleadoru klubunu dəyişməyə qərar verdi

10:03

Berezutski sabiq klubunu çalışdırmağa yaxındır

09:45

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

Facebookdan bizi izləməyi unutmayın.
X