"Kəpəz" sıralarına portuqaliyalı müdafiəçi cəlb edib.
Fanat.Az Gəncə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Dioqu Verdaşka ilə 1 mövsümlük müqavilə imzalanıb.
27 yaşlı oyunçunun son klubu İspaniyanın Sequnda təmsilçisi "Mirandes" olub. "Portu"nun yetirməsi olan Verdaşka İspaniyada "Saraqosa", eləcə də "Beytar" (İsrail) və "Şlensk" (Polşa) klublarında oynayıb.